Hazırda Batumi təşkilatının 9 üzvü, o cümlədən Acara Ali Şurasının deputatı Qiorqi Kirtadze və Batumi Bələdiyyə Şurası fraksiyasının 7 üzvü“Vahid Milli Hərəkat” partiyasını tərk edib. Onların bugünkü brifinqdə verdiyi məlumata görə, bu qərara səbəb partiya rəhbərliyi ilə fikir ayrılığı olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Partiyada birliyi qorumaq üçün bütün səylərimizi göstərdik, amma sonda cavab aldıq ki, 2025-ci ilə qədər partiyada heç nə dəyişməyəcək və 2024-cü ilin ən mühüm, həlledici seçkilərində “Milli Hərəkat” özünü bu gün olduğu kimi təqdim edəcək. Çətin qərardır, amma biz “Milli Hərəkat”dan ayrılırıq. Uğrunda mübarizə apardığımız şey ideyalardan məhrum olduqda, bu tip qərarlar qəbul etməli oluruq”, - Qiorqi Kirtadze bildirib.
Batumi təşkilatının digər üzvü Mirdat Kamadadzenin qeyd etdiyi kimi, bu gün “Milli Hərəkat” “Gürcü Arzusu”na alternativi təmsil edə bilmir: “Milli Hərəkatın” yeni rəhbərliyinin qəbul etdiyi bütün qərarlar, öz məzmun və forması ilə təəssüf ki, ona qarşı mübarizə apardığımız partiyadan heç bir şeyi ilə fərqlənmir. Biz “Milli Hərəkat”dan ayrılırıq, lakin siz hər birimizi döyüş meydanında rus arzusu ilə mübarizədə görəcəksiniz”.
Partiyanı tərk edənlər “Milli Hərəkatın” keçmiş sədri Nika Melia ilə əməkdaşlığı istisna etmirlər.
Noyabrın 27-də “Milli Hərəkat” bəyanat yayaraq Nika Melianın artıq bu partiyanı təmsil etmədiyini və bu məsələnin bağlandığını bildirib.
Noyabrın 28-də Zuqdidi, Xobi, Çiatura, Kutaisi, Ambrolauri, Poti, Mtsxeta və Axaltsixe bələdiyyə şuralarının “Milli Hərəkat” fraksiyasının üzvləri partiyanın sədri Levan Xabeişvilini istefaya çağırıblar.
Levan Xabeişvili 2023-cü ilin yanvarında partiyanın sədri seçilib. O, keçmiş daxili işlər naziri Vano Merabişvili və keçmiş müdafiə naziri, “Formula” teleşirkətinin təsisçisi Davit Kezeraşvilinin dəstəklədiyi namizəddir. Keçmiş sədr Nika Melia Kezeraşvili-Merabişvilini partiyadaxili proseslərə qarışmaq cəhdində və qeyri-formal təsirlər etməkdə ittiham edib.