Levan Xabeişvili “Vahid Milli Hərəkat” partiyasının sədri olub. Partiyadaxili seçkilərdə o, 21.656 səs (52,58 %), hazırkı sədr Nika Melia 16.476 səs (40%) toplayıb. Xabeişvilinin seçilməsindən sonra Koba Nağopiya siyasi şuranın sədri vəzifəsini tərk edib. Həmçinin vəzifələrindən istefa ediblər: Akaki Minaşvili - siyasi katib, Baço Dolidze - təşkilat katibi, Giorgi Pataraia - mətbuat xidmətinin rəhbəri, Giorgi Kirtadze - Batumi təşkilatının sədri, Ana Qoqoladze - strateji inkişaf katibi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən Vahid Milli Hərəkat Partiyası”nın siyasi şurasının sədri vəzifəsini, eləcə də siyasi şuranın özünü tərk edirəm. Putinin şəxsi məhbusu Mixail Saakaşvili həbsdə olana qədər, Mixail Saakaşvili müalicə üçün xaricə köçürülənə qədər - bu onun həyatını xilas etməyin yeganə yoludur - mən partiyanın sadəcə sıravi üzvü olaraq qalıram. Partiyada qalıb-qalmayacağıma Mixail Saakaşvili azad olanda və onunla ünsiyyət imkanım olanda qərar verəcəm”, - "Mtavari arxi"nin efirində Nağopiya deyib.
“Mən əvvəlcədən demişdim ki, seçkilərdə Nika Melia qalib gəlməsə, Batumi təşkilatının sədri postundan gedəcəm. Bu o demək deyil ki, şəxsən mən və ya partiyanın hansısa üzvü “Milli Hərəkat”dan gedir. Biz o ideallar üçün partiyada qalırıq, necə ki, əvvələr bunlar üçün partiyada idik”, - Giorgi Kirtadze bildirib.
“Bu seçkilərlə “Milli Hərəkat” sübut etdi ki, onu məğlub etmək, döyüş meydanından çıxarmaq sadəcə olaraq mümkün deyil”,- qələbədən sonra Levan Xabeişvili deyib.
“Aydındır ki, bunu qeyd etmək fikrində deyilik. Ölkəmizi sülhə aparacaq proses Mişa və onun yoldaşlarının 2003-cü ildə etdikləri kimi bu gündən başlayır.
Bu qələbə indi həyatı üçün mübarizə aparan Mixail Saakaşviliyə məxsusdur və onun mübarizəsi həm də ölkənin azadlığı ilə bağlıdır. Aydındır ki, ilk qərarlar prezident Saakaşvilinin azadlığı uğrunda mübarizə ilə bağlı olacaq. Mişa, mən sizə söz vermək istəyirəm ki, sizin həyatınız, sağlamlığınız və ölkəmizin azadlığı təmin olunmayana qədər biz dayanmayacağıq.
Bu qələbə Nika Qvaramiyaya məxsusdur, o, öz nümunəsi ilə sübut etdi ki, bu döyüşdə bizi sındırmaq mümkün deyil. Bu qələbə həm də Nika və onun tərəfdarlarına, Nona və onun tərəfdarlarına, Giorgi və onun yorulmaz yoldaşlarına məxsusdur - bu gün mən sizə dostluq əlini uzadıram. Mənim əsas vəzifəm ümumi düşmənə qarşı mübarizədə birləşməkdir. Qarşıda bizi bu yolda barışmaz mübarizə gözləyir, ona görə də əl-ələ verib əsas işə keçməyin vaxtıdır.
Bidzinaya və onun kuklalarına demək istəyirəm ki, həqiqətən onların üzərinə qara bulud yığılıb və gürcü xalqı tezliklə bu qəzəbi rus oliqarxının və onun marionet, cinayətkar rejiminin başında sındıracaq”, - Xabeişvili qeyd edib.
Seçkilərdə 1537 səs (3,73 %) toplayan partiya sədrliyinə digər namizəd Nona Mamulaşvili bildirib ki, pul və qeyri-rəsmi təsirlər siyasətə qalib gəlib.
“Vacibdir ki, qeyd edəm, seçkilərin nəticələri bu gün ölkəmizə lazım olan prosesin başlayacağına ümid etməyə əsas vermir. Təəssüf ki, bunu seçkiqabağı mühit göstərdi. Levana bol-bol uğurlar arzulayıram, indi problem o deyil.
Problem ondadır ki, böyük çərçivədə - pul və qeyri-rəsmi təsirlər siyasət üzərində qalib gəlib. İnanmaq istəyirəm ki, adətən belə hallarda baş tutan nəticələr baş tutmayacaq”, - yazırdı Nona Mamulaşvili.
“Milli Hərəkat”ın sədrliyinə dördüncü namizəd Giorgi Mumladze 1516 səs (3,68 %) toplayıb.
Levan Xabeişvili keçmiş Daxili İşlər Naziri Vano Merabişvili və keçmiş Müdafiə Naziri, “Formula” teleşirkətinin yaradıcısı Davit Kezeraşvilinin dəstəklədiyi namizəd olub. 2020-ci ilin dekabr ayının sonunda partiya qurultayında 4 illik müddətə seçilən Nika Melia Kezeraşvili və Merabişvilini partiyadaxili proseslərə müdaxilə etmək cəhdinə və qeyri-rəsmi təsirlərə görə ittiham edib. Melia bildirib ki, seçkilərdən əvvəl ona qarşı gizli səs yazısını yaymaq Merabişvilinin planı idi, “çünki o hesab etdi ki, bu səs yazısının yayılması seçkilərin nəticələrinə təsir etməyi bacardı”.
Melia Xabeişvilini qələbə münasibətilə təbrik edib, “Gürcü arzusu” ilə mübarizəni davam etdirəcəyini bildirib və partiyadakı rolu ilə bağlı qərarını sonra verəcəyini deyib.
“Milli Hərəkat”ın partiyadaxili seçkiləri yanvarın 28-30-da elektron qaydada keçirilib. Seçkilərdə 49.638 nəfər qeydiyyatdan keçib, onlardan 41.264 nəfəri səsvermədə iştirak edib. Seçkilərin yekun protokolu partiyanın qurultayında təsdiqlənməlidir ki, bundan sonra yeni sədr vəzifəsinin icrasına başlayacaq. Görüşün vaxtı hələ məlum deyil.