Əminəm ki, bu dəstə Gürcüstan sərhədini Rusiyanın göstərişi ilə keçib - Zakaev

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Çeçenistan Respublikasının mühacirətdə olan İçkeriya hökumətinin başçısı Axmed Zakaev Gürcüstana sərbəst şəkildə daxil olan və aşın karvanı ilə bir neçə gün gəzən çeçen iş adamı Aslanbek Axmetxanov və onun yoldaşlarının Çeçenistan lideri Ramzan Kadırovun müxalifətini təmsil etməsi ilə razılaşmır.

“Mən orada [Çeçenistanda] baş verən vəziyyətlə tanış olduğum qədər, bu şəxs Kadırovun müxalifəti deyil. Ümumiyyətlə, bu gün rəsmi olaraq müxalifət yoxdur, çünki işğal strukturları ilə razılaşmadığını deyən insanlar orada uzun müddət sağ qala bilməyib yoxa çıxırlar və bu adamlar isə Kadırova sədaqət andı içən kəslərdir.

Ona görə də əminəm ki, bu gün Çeçenistanda Kadırova qarşı müxalifət yoxdur və sərhədi keçib Gürcüstanda gəzən insanlar Ramzan Kadırovun nümayəndələridir”, - deyə Zakaev “Pirveli” televiziyasına müsahibəsində bildirib.

Axmed Zakayev əmindir ki, Gürcüstan hakimiyyəti adıçəkilən şəxslərə Gürcüstana giriş icazəsi vermək üçün Rusiyadan göstəriş alıb:

“Təəssüf ki, Kadırov və onun ətrafı Çeçenistan Respublikasının işğalçı strukturlarıdır. Rusiya ərazimizi işğal edib, öz administrasiyasını quraşdırıb və bu gün Gürcüstanda hakimiyyətdə olanlar, məncə, Rusiyanın çox ciddi təsiri altındadırlar.

Əminəm ki, dörd maşınlı və silahlı bu, bir qrup şəxs Gürcüstan-Rusiya sərhədini yalnız Rusiyanın Gürcüstan hakimiyyətinə müraciəti və ya xahişi ilə keçib. Necə istəyirsiniz elə adlandırın. Bilirsiniz ki, belə icazəsiz şəkildə sərhədi keçmək sadəcə mümkün deyil və icazə yalnız rəhbərliyin ən yüksək səviyyəsində verilə bilər, lakin Gürcüstan rəhbərliyinə bu barədə Rusiyadan sadəcə göstəriş verilmiş ola bilər... Məncə, bu, həm Kadırovun, həm də indi [Gürcüstanda] hakimiyyətdə olanların və sərhədi keçmək əmri verənlərin bir sahibi olmasının göstəricisidir və o sahib, Kremldə oturur”.

Bu günlərdə, kriminal avtoritet kimi tanınan nüfuzlu çeçen iş adamı Aslanbek Axmetxanov, onun oğlu, boks üzrə üçqat Rusiya çempionu Roxman Axmetxanov və onların çevrəsinin üzvləri Gürcüstanda olublar. Tbilisi və Batumidə Rusiya dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin müşayiəti müşahidə olunub. Sosial şəbəkədə yayılan videolardan birində mühafizəçi ilə olduğu deyilən Aslanbek Axmetxanovun “O 777 OC 77” dövlət nömrə nişanlı avtomobilə mindiyi görünür. Vətəndaş Xatuna Mağlakelidze yazır ki, o, videonu mayın 26-da Tbilisidə çəkib. Avtomobilin çeçen biznesmenə məxsus olması onun oğlu Roxman Axmetxanovun Instagram sosial şəbəkəsində yayımladığı videolarla təsdiqlənir.

Axmetxanovlar və onların çevrəsinin üzvləri çox gümanki, Gürcüstana iki həftə əvvəl gəliblər. Məhz bu zaman Roxman Axmetxanov magistral yolda oxşar dövlət nömrə nişanlı lüks avtomobil karvanının dayandığı videonu yayıb. Mayın 22-də Axmetxanovlarla bağlı İnstaqram səhifəsində Qudauri yolunda çəkilmiş video yayımlanıb.

Axmetxanovu Gürcüstanda oğlundan başqa kimin müşayiət etdiyi məlum deyil. Çox güman ki, onlar artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçiblər. Gürcüstanın Daxili İşlər Nazirliyi bu məsələyə münasibət bildirməyib.

Gürcüstan hökumətinin nümayəndələri Axmetxanov və onun ətrafının “kadırovçular” olmasını inkar edirlər. “Gürcü Arzusu” partiyasının regional katibi və parlamentin üzvü Dito Samxaradze bildirib ki, “Qrozno şəhərinin istefaya göndərilmiş meri və Kadırov tərəfindən həbs edilən iş adamı Gürcüstana gəlib və onları dostları müşayiət edib”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur