Hazırda həbsdə və səhhəti ağır olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib. Saakaşvilinin koronavirusa yoluxması ilə bağlı məlumatı onun vəkillərindən biri Şalva Xaçapuridze yayıb, bunu “Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze də təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Saakaşvili koronavirusa yoluxub. Necə axı? Hamımız onun yanına qoruyucu paltarla giririk! Bu gün də huşunu itirdi”, - yazır vəkil.
“Vivamed”in klinik direktorunun sözlərinə görə, klinikanın işçilərinin heç birində koronavirus aşkarlanmayıb.
2022-ci ilin may ayından Mixail Saakaşvili müalicə üçün Xüsusi Penitensiar Xidmətin kontraktçı klinikası olan “Vivamed”ə yerləşdirilib.
“Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Ekspert Komissiyasının rəyinə əsasən, Saakaşvili həbs olunana qədər praktiki olaraq sağlam idi, lakin indi koma və ölüm gözlənilir. Ekspertlərin fikrincə, Saakaşvili diaqnoz və müalicə üçün təcili olaraq ABŞ və yaxud Avropa İttifaqının üçüncü dərəcəli universitet çoxprofilli klinikasına köçürülməlidir.
Dekabrın 7-də Gürcüstanın Xalq Müdafiəçisi tərəfindən yaradılmış ekspertlər qrupu Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı yeni hesabat yayımlamışdı. Yekun nəticəyə görə, Mixail Saakaşvilinin səhhətinin vəziyyəti kəskin pisləşib və ağır qiymətləndirilir.
Dekabrın 1-də vəkillər Saakaşvilinin cəzadan azad edilməsi və ya cəzaçəkmənin təxirə salınması barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər. Məhkəmə iki aya yaxındır ki, işə baxır və hələ də qərar qəbul etməyib.
Ukrayna vətəndaşı olan Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.