Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili Şimali Qafqaz xalqlarına müraciət edərək onları daha fəal olmağa çağırıb. Onun sözlərinə görə, son hadisələr “Moskva rejiminin hədsiz zəifliyini” göstərib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vaxtı gəldi! Qafqazı əsrlər boyu əsarət altında saxlayan, bütöv xalqları məhv edən, qafqazlıların soyqırımını, ruslaşdırmasını davam etdirən, varlığının son aylarını sayan Rusiya imperiyasının bütün azadlıqsevər xalqlarına və vətəndaşlarına müraciət edirəm. İndi biz, həmişəkindən daha çox İmam Şamilin, Baysanqurinin, Cövhər Dudayevin və o milyonlarla müqavimət qəhrəmanlarının ruhunu diriltməyə və yaşatmağa ehtiyac duyuruq ki, onlar üçün azadlıq ən yüksək dəyər hesab olunurdu və Rusiya imperiyası həmişə bizdəki bu genetik kodu boğmağa çalışıb”, - deyə Mixeil Saakaşvilinin bu gün rəsmi Facebook səhifəsində dərc olunan müraciətində deyilir.
Saakaşvili yazır ki, qalib Ukrayna və bütün Avropaya çıxış üçün bütün Qafqazı birləşdirməyin yollarını tapmaq lazımdır.
“Hər kəsin fəallaşmasının vaxtı çatıb. Son hadisələr bizə Moskva rejiminin hədsiz zəifliyini göstərdi. Köhnəni bərpa edin və yeni müqavimət hüceyrələri yaradın, diasporlarla və onlar vasitəsilə əlaqələrinizi aktivləşdirin və əlbəttə ki, Ukrayna vasitəsilə, gəlin, Şimali Qafqaz xalqlarının azadlığı üçün demokratik dünyanı birlikdə hazırlayaq. Rusiyanın Qafqazda parçalanması prosesini mümkün qədər qeyri-zorakı etmək və gələcək münaqişələrdən qaçınmaq üçün bir-birimizlə körpülər qurmağa borcluyuq”, - deyə Mixeil Saakaşvili yazır.
Gürcüstanın sabiq prezidenti müraciətinin ünvanlandığı kəslərə Kiyevdə “Azad Qafqaz Təşkilatı”nın daimi katibliyinin yaradılmasını təklif edir və əmindir ki, Ukrayna hökuməti bu təşəbbüsü dəstəkləyəcək.
“Putin rejimi yıxılan kimi Gürcüstanda hakimiyyət sürətlə dəyişəcək. Həmçinin Cənubi Qafqazda artıq Azərbaycanla Ermənistan arasında barışıq perspektivləri yaranıb. Ona görə də, biz, çox tez, tam fərqli, vahid Cənubi Qafqaz əldə edəcəyik”, - Saakaşvili qeyd edir.
Bir neçə gün əvvəl Mixeil Saakaşvili bildirib ki, “səhhətinin pis olmasına baxmayaraq”, o, “Ukraynadakı iştirakı ilə paralel olaraq Gürcüstan siyasətində də fəal iştirak etmək”niyyətindədir.
Hazırda/ Ukrayna vətəndaşlığı olan Mixeil Saakaşvili səhhətinə görə bir ildən artıqdır ki, Xüsusi Cəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Saakaşvili 2021-ci il oktyabrın 1-də, Tbilisidə, yerli özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib. O, parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblik etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.