Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin işi üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə eks-prezidentin anası Giuli Alasaniya və vəkillərdən biri Şota Tutberidze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkilin sözlərinə görə, şikayətlə Avropa İnsan Haqları Konvensiyasının bir neçə maddəsi ilə qorunan hüquqların pozulması faktının müəyyən edilməsi və tədbir görülməsi tələb olunur.
“Gözləntilərdən danışmaq çətindir, lakin müdafiə tərəfi kimi ümid edirik ki, biz Avropa Məhkəməsinə Mixeil Saakaşvilinin işi ilə bağlı yaranmış vəziyyəti – bir tərəfdən o siyasi məhbusdur, digər tərəfdən isə azadlığın hansı əsasla məhrum olunmasının heç bir əhəmiyyəti yoxdur, dövlətin onu yavaş-yavaş öldürməsi faktdır və çox tez şəkildə hansısa növ müdaxilə həyata keçirilməzsə, dönüşü qeyri-mümkün olan nəticə əldə edə bilərik”, - Tutberidze bildirib.
Qiuli Alasaniyanın sözlərinə görə, onlar Mixeil Saakaşvilinin səhhətinə görə cəzasının müvəqqəti olaraq təxirə salınmasını istəyirlər.
Mixeil Saakaşvili artıq on birinci aydır ki, xüsusi penitensiar xidmətin podratçısı “Vivamed” klinikasında qalır. Xalq Müdafiəçisinin yaratdığı mütəxəssis qrupunun qiymətləndirməsinə görə, onun ağır sarkopeniyası (əzələ itkisi), arıqlaması və qan təzyiqinin kritik dərəcədə düşməsi var. Son hesabatda daha çox arıqlaması nəticəsində xəstənin yataq xəstəsi olacağı qeyd edilir. Nevroloq Tengiz Tsuladzenin sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti ağırdır və onun həyatını xilas etmək üçün çox ciddi müdaxilələrə ehtiyacı var.
Fevralın 6-da Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Arevadze Mixeil Saakaşvilinin vəkillərinin məhbusun səhhətinə görə cəzadan azad edilməsi vəsatətini rədd edib. Tbilisi Apellyasiya Məhkəməsi martın 2-də sözügedən qərarı qüvvədə saxlayıb. Saakaşvilinin azadlığa buraxılması və cəzasının təxirə salınması tələbi “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Ekspert Komissiyasının hesabatına əsaslanıb.
Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə orqanları seçkiləri ərəfəsində həbs edilib. O, cinayətkar kimi tanınıb və parlament üzvü Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz şəkildə əldə etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli bilmir və siyasi təqiblərə məruz qaldığını deyir.