Gürcüstanın Müstəqillik Günü münasibətilə hökumət parlament binasının fasadını Aİ bayrağı ilə bəzəməyib. Bələdiyyələrin bayram bəzəklərində də Avropa Birliyinin simvolları müşahidə olunmur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hökumət administrasiyası izah edir ki, builki mövzu keçənilkindən fərqlidir və buna görə də mayın 26-nı qeyd etmək üçün “Milli Simvolika” seçilib.
“Bu il 26 Mayın mesajı “azadlıq eşqinə”dir. Paytaxtın və bütün Gürcüstanın çölü milli rəmzlərlə bəzədilib. Keçən ilin mövzusu “Avropaya doğru” idi.
Məsələn, 2018-ci ildə Gürcüstan müstəqilliyinin 100 illiyini qeyd edib, 2017-ci il bütünlüklə Rustavelinin 850 illik yubileyinə “Mən Rustavelinin ölkəsindənəm” mövzusuna həsr olunub və müvafiq olaraq şəhər də bu mövzular çərçivəsində bəzədilib”, – hökumət administrasiyasından bildirilib.
Rusiyayönlü “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” partiyasının qurucusu Konstantin Morqoşia hökumətin qərarını alqışlayır: “Həqiqi müstəqillik hələ çox uzaqdadır, lakin bu il Ukrayna və Avropa İttifaqının bayraqları endirilib, ki bu özü də təqdirəlayiqdir”, - 2021 və 2023-cü illərdə, həmfikirlərinin iki dəfə Parlamentin qarşısında ucaldılmış Aİ bayrağı endirib yandırdığı Morqoşia qeyd edir.
Vətəndaşların bir hissəsi mayın 26 May tədbirindən Aİ bayrağının götürülməsinə etiraz edib. Ədəbiyyat Muzeyinin direktoru, tarixçi Laşa Bakradze hesab edir ki, Gürcüstan Avropadan uzaqlaşır.
“Yəqin ki, tezliklə parlamentin qarşısında hələ də dalğalanan Avropa bayrağını endirəcəklər. Bizim Avropadan necə uzaqlaşdığımız hər kəsə aydındır. Ona görə də pəncərələrdən, eyvanlardan Gürcüstan və Avropanın bayraqlarını asın. Ruslara göstərin ki, Gürcüstan seçdiyi yoldan dönməyəcək. Mayın 26-nı dövlət bayramı edin - Gürcüstan üçün bu ən mühüm günün qeyd olunmasında iştirak edin”, - Bakradze sosial şəbəkədə yazıb.
Mayın 26-da müxalifət partiyası “Lelo” Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yürüş elan edib. Onun lideri Mamuka Xazaradze tərəfdarlıqdan və müxtəlif fikirlərdən asılı olmayaraq vətəndaşları saat 15:00-da TDU-nun birinci korpusunun həyətinə toplaşmağa çağırır.
“Gəlin yürüş təşkil edək, gürcü xalqının seçimini dünyaya göstərək. Gəlin göstərək ki, uzunmüddətli təhlükəsizliyimizin, rifahımızın, ölkəmizin milli müstəqilliyinin, azadlığının təminatı haradadır. Bu, ölkəmizin bir əsrlik seçimidir, vətəndaşlarımızın 80%-dən çoxunun seçimidir. Biz Gürcüstanı Rusiya imperiyasına verməyəcəyik! Gürcüstan Rusiyanın əyalətinə çevrilməyəcək! Rusiya hökumətinə yox deyin! Gəlin bir yerdə olaq, ölkəmizin, övladlarımızın gələcəyi üçün birlikdə mübarizə aparaq! Avropanı ölkənin gələcəyi hesab edən hər kəs, sizi universitetin bağında gözləyirik”, - Xazaradze bildirib.
2022-ci ilin martında Gürcüstan Ukrayna və Moldova ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim edib. İyun ayında Avropa Şurası Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verib və Gürcüstanın nümunəsində onun Avropa perspektivini tanıyıb. Avropa İttifaqı Gürcüstana 12 tövsiyəni/prioriteti yerinə yetirdikdən sonra namizəd ölkə statusunu verməyə hazırdır. Bu məsələ ilə bağlı qərar 2023-cü ilin sonunda veriləcək.