Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası barədə məlumatı “saxta” adlandırıb. Bu barədə Rusiya mətbuatı yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müxalifət resurslarının yaydığı yalan məlumatlara münasibət bildirməkdə məna görmürük”, - nazirlikdən bildirilib.
Söhbət dünən “Mtavari Arxi”də yayımlanan süjetdən gedir ki, “Gürcü Arzusu” Moskvada səfirlik açmağa hazırlaşır və işçi axtarır. Telekanalın məlumatına görə, bu məlumatı onlara mənbə verib. Gürcüstan hökumətinin nümayəndələri hələlik bu məsələyə münasibət bildirməyiblər.
Bir neçə gün əvvəl iş adamı və rusiyayönlü “Sülh Naminə Həmrəylik” partiyasının beynəlxalq katibi Mamuka Pipia Rusiya Müdafiə Nazirliyinin teleşirkətinin efirində çıxış edib.
"Niyə də yox?! Niyə biz diplomatik münasibətləri bərpa edə bilmirik?! Biz buna doğru gedirik. Kiçik addımlarla, lakin biz irəliləyirik”, - bu yaxınlarda Moskvada Gürcüstan parlamentinin üzvü, “Avropa Sosialistləri”nin üzvü Fridon İncia ilə görüşən Pipia bildirib. İncia jurnalistlərin “Gürcü Arzusu” ilə Kreml nümayəndələri arasında vasitəçi olub-olmaması sualına cavab verməyib.
Mamuka Pipianini ötən il onun dəvəti ilə Gürcüstan parlamentinin binasında olan “Gürcü Arzusu” deputatı Vasil Çiqogidze ilə də əlaqəsi var.
Gürcüstan 2008-ci il müharibəsindən və Moskvanın Cənubi Osetiya və Abxaziyanın de-fakto respublikalarının müstəqilliyini tanımasından sonra Rusiya ilə diplomatik münasibətləri kəsib. Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin bərpasından və Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqindən sonra diplomatik münasibətlərin bərpası məsələsi dəfələrlə gündəmə gətirilib.