Batumi Mərkəzi Ana və Uşaq Xəstəxanasında bir neçə günlük qızdırmadan sonra valideynləri tərəfindən müalicə olunmaq üçün işğal olunmuş Qalidən təxliyyə edilən 6 yaşlı uşaq dünyasını dəyişib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Uşaq əvvəlcə Zuqdidi xəstəxanasına yerləşdirilib. Kliniki rəhbər Sulxan Orjonianın sözlərinə görə, xəstənin bir neçə günlük qızdırma, nəfəs almaqda çətinlik və öskürək anamnezi olub.
“Uşaq təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Tənəffüs və ürək-damar sistemlərinin kəskin çatışmazlığı müşahidə olunub. Təcili tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə o ixtisaslaşmış klinikaya aparılıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq uşaq gətirildikdən bir neçə saat sonra dünyasını dəyişib”, - deyə həkim bildirib.
Meyit işğal altında olan Qaliyə təhvil verilib.
Gürcüstanda əsasən A tipli (alttip H1N1 - donuz qripi) virusu çox yayılıb ki, bu da laboratoriyada təsdiqlənmiş halların təxminən 1/3-ni təşkil edir. Virus burun axması, baş ağrısı, yüksək temperatur, öskürək, əzələ ağrısı və intoksikasiya əlamətləri ilə xarakterizə olunur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, ən yaxşı profilaktika vasitəsi qripə qarşı peyvənddir.
2023-2024-cü il qrip mövsümü üçün qripə qarşı peyvəndləşdirmə üçün yüksək risk qruplarına aşağıdakılar daxildir: diabetli insanlar; dializdə olan şəxslər; Hepatit C olan insanlar (yalnız müalicə alanlar); HİV infeksiyası/AİDS olan şəxslər; orqan transplantasiyası və kistik fibroz olan şəxslər; həmçinin, 60 və daha yuxarı yaşlı ahıllar; hamilə qadınlar; ümumi təhsil müəssisələrinin (məktəblərin) müəllimləri; uşaq (o cümlədən kiçik ailə tipli) və qocalar üçün sığınacaqların benefisiarları və onların qayğısına qalan heyət; məcburi vaksinasiyaya məruz qalan tibb işçiləri və s.
Mövsümi qripə qarşı peyvənd oktyabrın ikinci yarısından başlayıb və pulsuzdur. Peyvənd 6 aylıq yaşdan etibarən, əvvəlcədən rezervasiya olmadan, poliklinikalarda mümkündür.
Peyvənd dördkomponentli peyvənd - Influvak Tetra - “Abbott Laboratories GmbH” (Hollandiya) ilə həyata keçirilir. İstəyi olanlara bəzi tibb mərkəzlərində qiyməti 80 lari olan fransız peyvəndi də təklif olunur.