Müharibənin başlamasının səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq niyyəti olub - Ğaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri Rusiyanın Ukraynadakı müharibəsinin səbəblərindən biri kimi Ukraynanın NATO-ya üzv olmaq niyyətini göstərib. İrakli Ğaribaşvili bunu Bratislavada Qlobal Təhlükəsizlik Forumunda müzakirələr zamanı bildirib.

Rusiya 2022-ci ildə Ukrayna ilə niyə müharibəyə başladı sualına Gürcüstanın baş naziri belə cavab verib: “Məncə, bunun səbəbini hamı bilir”.

- “Mən bildiyimi düşünmürəm. Buyurun”, - deyə müsahibəçi cavab verib.

- “Məncə, siz çox yaxşı bilirsiniz, zal da bilir. Səbəblərdən biri NATO idi, NATO-nun genişlənməsi, elə deyilmi? Və bir çox başqa səbəblər”.

- Sizcə, NATO-nun genişlənməsi təxribat idi?

- “Bu barədə spekulyasiya etmək istəmirəm. Nə də Rusiya hökumətindən sitat gətirmək istəmirəm, amma səbəblərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyi və niyyəti idi və buna görə də bu nəticələri görürük”.

Bundan əvvəl İrakli Ğaribaşvili 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən danışıb. Bunun aktiv, səbəbsiz təcavüz olub-olmadığını soruşduqda o, belə cavab verib:

“Mən təfərrüatlardan danışmaq, bu məsələ haqqında danışmaq istəmirəm, çünki bizim öz fikrimiz var. Əgər o zaman hökumətdə olsaydıq, o müharibədən qaçınmaq üçün əlimizdən gələni edərdik.

Gürcüstan kiçik ölkədir, onun cəmi 4 milyon əhalisi var. Yaxşı təchiz olunub və yaxşı ordusu da var, amma yenə də kiçik ölkədir. Ona görə də hesab edirəm ki, bu, hər hansı bir hökumətin marağında olmalıdır, xüsusən də kiçik bir ölkənin Avropa İttifaqının, NATO-nun üzvü olmadığı halda, onun təhlükəsizlik zəmanəti olmadığı halda. Amma o müharibə, təfərrüatlara varmaq istəmirəm, bizim üçün dağıdıcı oldu. Nəticə odur ki, ərazimizin 20 faizi Rusiya tərəfindən işğal olunub”.

Müharibənin səbəbi kimi NATO-nun şərqə doğru genişlənməsini göstərmək Rusiya hökumətinin naratividir. Qərb hesab edir ki, Ukraynanın tammiqyaslı işğalı Ukrayna tərəfindən təhrik edilməyib, buna səbəb Ukraynanın öz gələcəyini Rusiyanın diktəsi ilə deyil, özünün müəyyən etmək istəyi olub. Prezident Vladimir Putin tərəfindən eyni adlı Xüsusi hərbi əməliyyatı nəticəsində Rusiya ilə də qonşu olan və illərdir neytral statusda olan Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlib. Finlandiya 2023-cü ilin aprelində Alyansa qəbul edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur