Gürcüstanda mühit müstəqil və müxalif media üçün getdikcə daha çox düşməncəsinə olur və rəsmi müdaxilə mətbuat azadlığının yaxşılaşdırılması səylərinə xələl gətirir,- mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı illik hesabatını dərc edən Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq təşkilat yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mətbuat Azadlığı İndeksi 2023-cü ildə 180 ölkədə jurnalistlərin vəziyyətini qiymətləndirir. Gürcüstan 61,69 balla 77-ci yerdədir və media mühitinin “problemli” kimi qiymətləndirildiyi ölkələr sırasında adı çəkilir. 2022-ci illə müqayisədə (89 yer) Gürcüstanın vəziyyəti 12 pillə yaxşılaşıb. 2021-ci ildə ölkə 60-cı yerdə idi.
RSF, keçən il olduğu kimi, Gürcüstanda media mənzərəsinin rəngarəng və eyni zamanda çox qütbləşdiyini qeyd edir.
“Mətbuatda, xüsusən də əsas informasiya mənbəyi olan televiziyada manipulyasiya, nifrət nitqi, dezinformasiya geniş yayılıb. Media sahibləri tez-tez redaksiya siyasətinə nəzarət edirlər. Məsələn, “Rustavi 2” telekanalı keçmiş sahibinə qaytarıldıqdan sonra redaksiya xətti tamamilə dəyişib. Çap mediasının oxucularının azaldığı, onlayn medianın oxucularının artdığı bir vaxtda regional və icma radio yayımı güclənir”, - hesabatda deyilir.
“Sərhədsiz Reportyorlar” təşkilatı ölkədə mətbuat azadlığı indeksini müəyyən etmək üçün beş göstəricidən - siyasi, hüquqi, iqtisadi, sosial-mədəni və təhlükəsizlik göstəricilərindən istifadə edir.
“RSF” qeyd edir ki, 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Gürcüstan ciddi siyasi böhran içərisindədir. Bu mühit televiziya şəbəkələrinə nəzarət üçün davamlı rəqabəti təşviq edir.
Gürcüstan qanunvericiliyi medianın siyasi partiyalara məxsus olmasını qadağan edir, lakin böyük yayımçılar çox vaxt siyasi liderlərlə sıx əlaqələri olan sahiblərinin maraqlarını qoruyur. Eyni şey hökumətin müdaxiləsindən təsirlənən dövlət mediasında da baş verir.
Hakimiyyət ona qarşı tənqidi olan mediaya qarşı tez-tez cavab verməkdən imtina edir və bəzən senzura, reydlər, qarayaxma kampaniyaları və hədə-qorxulara əl atır.
Gürcüstanın vəziyyəti ən çox bu hissədə pisləşib. Bu göstəriciyə görə Gürcüstan 121-ci yeri tutursa, 2022-ci ildə 102-ci yerdə idi.
“RFS”in məlumatına görə, hökumət elektron rabitə haqqında qanunvericiliyi dəyişdirərək və küçə etirazları və beynəlxalq təzyiq sonrasında dayandırılan, Rusiyadan köçürülmüş “agentlər haqında” qanununu ilə müstəqil radio stansiyalarına və televiziya yayımlarına nəzarət etmək məqsədini açıq şəkildə ortaya qoyub. Məhkəmələr söz və ifadə azadlığı qanunu ilə təmin edilən mənbələrin məxfiliyini pozmağa çalışır.
Əsasən donorlar tərəfindən maliyyələşdirilən çap və onlayn mediada reklam bazarı zəif inkişaf edib və donorların əksəriyyəti əsasən Qərbdəndir. Özəl medianın narahatedici iqtisadi problemləri reklam qanunlarına ciddi şəkildə subsidiya alan, dövlət mediası ilə rəqabəti çirkinləşdirən dəyişikliklərlə daha da ağırlaşıb.
Gürcüstan cəmiyyəti konkret məsələlərlə bağlı güclü sosial gərginliklə xarakterizə olunur ki, bu da jurnalistlərin fəaliyyətinə təsir göstərir. Belə məsələlərə din, LGBT hüquqları və Rusiyanın təsiri daxildir. Pravoslav Kilsəsinin ruhaniləri kimi sosial cəhətdən nüfuzlu şəxslər təhlükəsizlik xidmətləri tərəfindən elektron nəzarətə məruz qalır və bununla da jurnalistlərin mənbələrinin məxfiliyi pozulur.
Jurnalistlərə qarşı şifahi və fiziki zorakılıq hallarına, o cümlədən yüksək vəzifəli dövlət məmurları tərəfindən, xüsusən də seçki kampaniyası zamanı tez-tez rast gəlinir. 2021-ci ilin iyulunda homofobik əks-nümayişlər zamanı laqeyd təhlükəsizlik qüvvələrinin gözü önündə 50 müxbirə davamlı və vəhşicəsinə hücum misli görünməmiş bir geri addım idi. Bu hadisələrin araşdırılmasında şəffaflığın və irəliləyişin olmaması, həmçinin müxalif teleşirkətin direktoru Nika Qvaramiyanın 3 il yarım müddətinə həbs olunması jurnalistlərə qarşı cinayət törədənlərin cəzasız qalmasından xəbər verir.
Mətbuat azadlığı baxımından Gürcüstan Komor adaları, Syerra-Leone, Malayziya, Macarıstan, Bolqarıstan, Toqo Respublikası, Qvineya-Bisau, Ukrayna və Ekvador kimi ölkələr qrupuna daxildir. Bununla belə, “RSF” qeyd edir ki, Rusiya müharibəsi Ukraynanın indeksinin (79-cu yer) pisləşməsinə səbəb olub.
Region ölkələri arasında Gürcüstanla müqayisədə Ermənistan daha yaxşı mövqeyə malikdir (49-cu yer), burada jurnalistlər üçün mühit “qənaətbəxş” olaraq qiymətləndirilir. Mətbuat azadlığı indeksində Türkiyə 165-ci, Rusiya 164-cü, Azərbaycan isə 151-ci yerdədir.
Mətbuat azadlığı indeksində ilk beşlikdə Norveç, İrlandiya, Danimarka, İsveç və Finlandiya yer alıb.