“Ailəmlə gəlməmişəm, tək gəlmişəm. Hələ ölkənin adını çəkmirəm, bir dostumla bir yerdəyəm və ona problem yaratmaq istəmirəm. Zorakı qrupları bura da göndərə bilərlər”, – mülki fəal Nata Peradze mayın 18-də Gürcüstanı tərk edib. O, Avropa İttifaqına üzv ölkələrdən birində sığınacaq istəməyə hazırlaşır. “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Nata Peradze 15 dəfə inzibati qaydada saxlanılıb, hətta Stalinin təsviri olan ikonaya boya tökdüyünə görə həbs olunub. Gürcüstanda olarkən o, ailəsi ilə birlikdə daim hökumətin təşviq etdiyi rusiyapərəst və zorakı qrupların hədəfində olub. Onun avtomobilinə dəfələrlə ziyan vurulub, hücuma məruz qalıb, həyatına son qoyulmaqla hədələnib. Nata Peradzenin yaratdığı “Dalğa” hərəkatı “agentlər haqqında” rus qanununa etirazda fəal iştirak edirdi. Bundan sonra o, dövlət hakimiyyətini devirmək cəhdinin təşkilatçısı kimi göstərilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu yaxınlarda “Pos tv” (hökumətin nəzarətində olan, təbliğat, nifrət nitqi kanalı) “film” paylaşıb, orada, həmçinin mən də gənclərin etiraz aksiyasının liderlərindən biri kimi göstərilirdim. Çox ciddi ittihamlar oldu ki, guya mən ən böyük qrupun rəhbəriyəm. Mən bunu gözləyirdim. İki övladım var, ikisi də 20 yaşı ötüb. Mən ölkəni tərk etmək istəmirdim.
Ayın 18-də prokurorluqdan mənə zəng vurdular ki, axşam saat 6-da ora getməliyəm. Hansı statusla getməli olduğumu dəqiqləşdirmədilər. Dedim ki, vəkillə əlaqə saxlamalıyam, sonra nə vaxt gələ biləcəyimi deyəcəm. Bilirsiniz necə zəng idi, anladım ki, bu, həyatımı dəyişəcək.
Vəkilə zəng etdim. Prokurorluqla əlaqə saxladıqdan sonra mənə dedi ki, işin hansı maddələrlə başlandığını ora getdiyimiz zaman öyrənəcəyik. Vəkilin mənə dediyinə görə, prokurorluğa gəlsəm, ölkədən çıxmamaq və müttəhimlərdən biri olmaq üçün protokol imzalamalı ola bilərdim. Belə bir absurd sistemdə mən hiss etdim ki, bu rejimi qabaqlamalıyam, çünki bizdə müstəqil məhkəmə yoxdur. Bu yaxınlarda 5 gün həbsdə oldum, tədricxanada idim və bu, çox sərt, təhqiramiz və qeyri-insani idi. Mən daha dözə bilməzdim və hər şeyin başını buraxsaq, iki ahıl qohumumun və iki uşağımın qarşısında... fəallığıma görə çox narahatdırlar. Mən özümü getməyə borclu hesab etdim və bunu məğlubiyyət saymıram. Həbsxanaya düşsəm, bunun mənə nə faydası olacaqdı, heç nə. Mübarizəni buradan davam etdirəcəyəm.
- Nata, prokurorun sənə qarşı ittihamı nədir? Məlumat yayıldı ki, sizi guya dövlət çevrilişinə cəhddə ittiham edirlər.
- Bu, fərziyyədir, lakin əsaslı gözləntilərə əsaslanır. Səhhətimlə bağlı daha aksiyalara gedə bilmirdim, hər şeyi evdən təşkil edirdim. Baş nazir Kobaxidzenin “Dalğa” hərəkatı ilə bağlı dedikləri və “Pos TV”nin videosunda da eynilə çevriliş hazırlıqları həmişə arxa fonda olub. Fiziki cəhətdən orada ola bilmədim, bir neçə dəfə getdim, dinc idim. Ona görə də bunlar “Gürcü Arzusu”nun təşkilatçı olmağımda ittiham edəcəyi mesajı ilə ortaya çıxıb və bu sözlər “dövlət çevrilişi hazırlamaq”dır.
- Prokurorluq Cinayət Məcəlləsinin konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışdan bəhs edən 317-ci maddəsini qeyd etməyib?
- Prokurorluqdan bizə dedilər ki, gəlib yerindəcə öyrənəcəksiniz.
- Ailə üzvləriniz burada nə dərəcədə təhlükəsizdir?
- Hazırda heç bir övladım Gürcüstanda deyil. Ancaq məndən asılı olmayaraq, biri bu yaxınlarda kifayət qədər böyük müsabiqədən keçdi, təqaüd qazandı və Avropa universitetlərindən birində təhsil alır. İkinci övladım da Avropa məktəbində oxuyurdu və təhsilini davam etdirir. “İmedi” teleşirkəti “Eksklüziv, Nata Peradze övladlarını aksiyalardan uzaqlaşdırıb Avropaya göndərdi” xəbərini dərc etmişdi, bu yanlışdır. Hər ikisi Avropada təhsili alır. Gürcüstanda məndən başqa heç kimi olmayan ögey atam və yaxın bir qoca qadın qaldı.
- Nə edəcəksiniz, olduğunuz ölkədən sığınacaq istəyəcəksiniz və ya planlarınız nədir?
- İndi dəqiq mərhələdəyəm ki, nə edə bilərəm, hansı statusda ola bilərəm. Bu məqamda qanuni olaraq burada 90 gün qalmaq hüququm var. Uzaqdan işim alınmır, çünki sifarişlə bağban işləyirdim və komandamla fiziki olaraq obyektlərə gedirdim. Təbii ki, Avropa və Qərb qeyri-hökumət təşkilatları mənimlə yenidən əlaqə saxladılar, onlardan cavab gözləyirəm. Burada qalmaq üçün statusa ehtiyacım var, nə qədər ki, orada “Gürcü Arzusu” var mən hər anhəbsxanaya düşə bilərəm, əks halda bu təhlükə aradan qalxdıqdan sonra mən heç vaxt xaricdə yaşamaq istəməmişəm və hələ də istəmirəm. Mən qeyri-adi yerdəyəm, qeyri-adi ölkədəyəm, amma öz evimi istəyirəm və həmişə bunu istəyirdim.
- Rəhbərlik etdiyiniz “Dalğa” hərəkatı fəaliyyətini davam etdirəcək, yoxsa o, fəaliyyəti də təhlükədədir?
- Təsisçilərdən biriyəm. Biz birlikdə işlər görən, bu qərarları birlikdə verən bir komanda idik. Hətta təhlükəsiz rejimə keçməli olduğumuz üçün fəaliyyətimizi müvəqqəti dayandırdığımızı da yazdıq. Tbilisidə qalanlar qərar verəcəklər, çünki mən təhlükəsiz yerdəyəm və onlar təhlükə altındadırsa, bu, onların öz ixtiyarındadır. Halbuki, əksinə, böyük bir həvəslə hər şeyi davam etdirmək istəyirlər. Mən rejimə, sərt rejimə qarşı onlayn mübarizəni mütləq davam etdirəcəyəm.
- Bu qərarınız nə dərəcədə sizə qarşı əvvəllər baş vermiş əməllərin nəticəsidir? Mən Stalinin heykəlinə rəngli boya atdığnız üçün həbsinizi, rusiyayönümlü zorakı qrupların evinizə dəfələrlə gəlməsini, hədə-qorxu səsləndirmələrini, əmlakınıza ziyan vurmalarını, əvvəlki həbsləri nəzərdə tuturam. “Gürcü Arzusu”nun idarəçiliyi dövründə cəmdə neçə dəfə saxlanmısınız?
- Ən azı 15 dəfə saxlanılmışam, yəqin 2012-ci ildən bu yana. Çox vaxt imza ilə buraxırdılar. Ayrı-seçkilik edərək, oğlanları saxlayırdılar, qadınları buraxırdılar. Prinsipcə, mən qeyri-hökumət təşkilatı da deyiləm. Bizim hərəkatlarımız, “Partizan Bağçaçılıq” da, “Dalğa” da qeydiyyatdan keçməyib. Bizim maliyyəmiz də yoxdur, bəzən xərclər üçün nəsə lazım olduqda, hesab nömrələrini dərc edirdik. Heç kim maaş almayıb, bir qəpik belə.
İdeoloji motivli hərəkatlar “Gürcü Arzusu” üçün ən təhlükəlilərdəndir. Ona görə də belə bir mübarizə gedir.
İki il əvvəl maşınımı boyadılar və şikayət etdim, polis gəldi, ərazini mühasirəyə aldı, videomüşahidə sistemindəki qeydləri götürüb, onları məhkəməyə təhvil verdi və onlar cərimələndi. İndi biz rus qanunu əleyhinə olduğumuz üçün, bütün evimin sındırılması, avtomobilin boyanması və külli miqdarda ziyan dəydiyi və görüntüləri də mən özüm çəkib polisə təhvil verdiyiim bir halda, polis onu götürmədi, baxmayaraq ki, onların üzləri, kim olduqları aydın görünüdü. Yəni qanun mənə dedi ki, nə istəyirsən et.
Əvvəla, mən istəyirəm ki, heç kim bunu qaçış kimi qəbul etməsin. Bu yayınmaqdır. Mübarizə davam edir. Həyatımın çətin mərhələsini yaşayıram. Mən nəinki qocaları və uşaqları, ölkəni, bitkiləri, heyvanları qoyub gəldim. Bu yaşda hər şeyi sıfırdan başlamaq çətindir, amma mən mütləq başlayacağam və bəlkə də təhlükəsiz ölkədən daha yaxşısını edəcəyəm”.