Mülki fəal Nata Peradze Müqəddəs Sameba Kafedralında sovet diktatoru Stalinin ikonasına boya tökdüyünə görə 5 gün müddətinə inzibati qaydada həbs cəzasına məhkum edilib. Qərar Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Şçerbakov tərəfindən qəbul edilib. Nata Peradzenin həbs etmək üçün Daxili İşlər Nazirliyinin onlarla polisi onun mənzilinə gəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məni qorxuda bilməzlər, mübarizə davam edir. Bu, radikalların fitinə rəqs etməkdir”, - deyə Peradze həbs zamanı bildirib.
O, Daxili İşlər Nazirliyinə ölümlə hədələnmə barədə müraciət etdiyinə baxmayaraq, heç bir reaksiya verilmədiyini vurğulayıb. Nata Peradze vəkili vasitəsilə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Hakim Nino Şçerbakov mülki fəallara və jurnalistlərə qarşı əsassız hökm çıxarması ilə tanınır.
Yanvarın 9-da Nata Peradze Stalinin təsviri olan Moskvalı Matrona ikonasının üzərinə mavi boya töküb. O, hadisənin videosunu sosial şəbəkədə paylaşıb. Həmin gün Daxili İşlər Nazirliyində İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsinin xırda xuliqanlığı nəzərdə tutan birinci hissəsi ilə istintaq başlanılıb. Bu pozuntuya görə 500-dən 1000 lariyə qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur. Stalinin təsviri olan ikona kilsəyə rusyönümlü “Patriot Alyansı” partiyasının liderləri tərəfindən hədiyyə edilib.
Rusyönümlü, zorakılıq tərəfdarı “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyası Nata Peradzeyə qarşı cinayət işinin başlanmasını və onun həbsini tələb edib. Yanvarın 13-də parlament qarşısında keçirilən aksiyada partiya liderləri hədələr səsləndiriblər ki, dövlət Peradzeyə ikonanı “təhqir” etdiyinə görə layiqli cavab verməsə, bunu özləri edəcəklər. Bundan əvvəl “Alt İnfo” üzvləri və tərəfdarları mülki fəalın evinin yanına axışaraq onun cəzalandırılmasını tələb ediblər. Nata Peradze ailəsi ilə birlikdə yaşamaq üçün müvəqqəti olaraq başqa yerə köçmək məcburiyyətində qalıb.