Rusyönümlü, homofob və zorakı “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyasının parlament yaxınlığında keçirdiyi aksiyada mülki fəal Nata Peradzenin Stalinin təsviri olan ikonanı “təhqir” etdiyinə görə həbs olunması tələb edilib. “Alt İnfo”nun rəhbərləri hədələr səsləndiriblər ki, dövlət ona layiqli cavab verməsə, bunu özləri edəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Siyasətə qayıdan İvanişvili, özünü mühafizəkar kimi göstərən Ğaribaşvili, Kobaxidze və ya kim olursa olsun – cavab vermək onların borcudur”, - “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun baş katibi Şota Martınenko bildirib. “Cavab verin! Əks halda xalq cavab verəcək. Bizim tələbimiz budur ki, bu küfrə, bu murdarlığa görə ədalət bərpa olunsun, dövlət müvafiq cavab versin. Bu iqtidara o qədər də ümid bəsləmədiyimizi əsas götürsək, onu deyə bilərik ki,
ədalət bərpa olunmasa, bacardığımız qədər bunu biz etməli olacağıq. Polis onların evlərinin yanında dayanıb onlarla gəzə bilməz. Sizə söz verirəm, bu alçaqların vəhşiliyini burunlarından gətirməliyik”.
“Alt İnfo”nun yaradıcısı Konstantine Morqoşia da dini hissləri və müqəddəslikləri təhqir edən qanunvericiliyin sərtləşdirilməsini tələb edib. Onun sözlərinə görə, oxşar faktlar cərimə ilə deyil, həbslə cəzalandıran qanun təcili olaraq qəbul olunmalıdır. Morqoşia əmindir ki, “ən qısa zamanda bunu qəbul edəcəklər”.
“Peradze inzibati məcəllə ilə yox, cinayət nəcəlləsi ilə təqsirlidir. İstintaq avropalılar üçün ağrılı məqam və hakim gücün zəifliyi olan xırda xuliqanlıq ittihamı ilə aparılıb. Ümid edirəm ki, “Gürcü Arzusu” gürcü xalqının əleyhinə getməyəcək və maddənin ixtisasını dəyişəcək. Bu baş verməsə, “Gürcü Arzusu” da, Nata Peradze də öz payını alacaq. Nata Peradze tutulmasa, ölkədə çox böyük problemlər başlayacaq”, - deyə Morqoşia bildirib.
Aksiyada din xadimləri və rusyönümlü “Vətənpərvərlər Alyansı” partiyasının lideri İrma İnaşvili də iştirak edib.
Yanvarın 6-da Sameba Kafedralında yerləşən Mosklvalı Matrona ikonasında İosif Stalinin təsvir olunduğu barədə məlumat yayılıb. Məbədin rəhbəri ikonanın bir neçə ay əvvəl məbədə göndərildiyini və bununla bağlı heç bir problem görmədiyini bildirib. Məlum olub ki, Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəsləşdirilən Matrona ikonasını kilsəyə “Vətənpərvərlər Alyansı”nın baş katibi İrma İnaşvili və partiyanın sədri Davit Tarxan-Moravi bağışlayıb. Yanvarın 9-da fəal Nata Peradze Moskvalı Matrona ikonasına mavi boya atılmasının əks olunduğu video yayımlayıb. Polis araşdırmalara İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi olan 166-cı maddəsi ilə başlayıb.
Əvvəlcə Nata Peradze sosial şəbəkələrdə hədələnib, yanvarın 10-da isə “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı”nın liderləri və tərəfdarları onun evinə axışıblar. Onlar Peradzeni ikonu təhqir etməkdə ittiham edir və onun cəzalandırılmasını tələb edirlər. Fəalın evinin yaxınlığına polis səfərbər edilib.
Patriarxlıq ikonanya boya atılmasını vandalizm və ibadət mərasiminə maneçilik kimi qiymətləndirib və yanvarın 11-də “Vətənpərvərlər Alyansı”nın rəhbərlərinə müraciət edərək bağışladıqları ikonada “lazımi dəyişiklik” edilməsini, əks halda bunu özləri edəcəklərini bildirib. İnaşvilinin sözlərinə görə, onlar Patriarxlığın çağırışına tabe olacaqlar.
İkonanın üzərinə boya tökdükdən sonra “Gürcü Arzusu”nun liderləri dini bina və obyektlərin təhqir olunmasını cinayət məcəlləsi qaydası ilə cəzalandıracaq qanun qəbul etmək niyyətində olduqlarını bəyan ediblər.