“Hazırda müsbət dinamika müşahidə olunur ki, bu da çəki artımında özünü göstərir. Lakin xəstənin vəziyyəti hələlik tutarlı müsbət proqnozlar verməyə imkan vermir”, - Xalq Müdafiəçisi tərəfindən yaradılan həkimlər qrupunun qiymətləndirməsinə görə, Mixeil Saakaşvilinin hələ də ciddi tibbi nəzarətə və psixoloji müdaxiləyə ehtiyacı var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanvarın 25-də “Vivamed” klinikasında həkimlər Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini qiymətləndiriblər.
“Xəstə əsasən uzanıq vəziyyətdədir, özünü zəif hiss edir, suallara könülsüz cavab verir. Koqnitiv funksiyaların, narahatlıq pozğunluğunun, depressiyanın qiymətləndirilməsinin nəticəsi ağır narahatlıq, ağır depressiya olduğunu göstərir. Əzələ hipotrofiyası və neyropatiya hələ də qalmaqdadır”, - şuranın fikrincə, hazırkı müsbət dinamika xəstənin bir il yarımdan artıqdır ki, çoxşaxəli klinikada yüksək peşəkar həkimlərin nəzarəti və müalicəsi altında olması ilə əlaqədardır, lakin, bütün psixonevroloji patologiyalar hələ də eyni keyfiyyətdədir.
Xalq Müdafiəçisinin mandatını nəzərə alaraq, mütəxəssislər qrupu yalnız xəstəyə göstərilən tibbi xidmətlərə nəzarət edir. Qrup xəstənin birbaşa müalicə prosesində iştirak etmir.
Mixeil Saakaşvili səhhətinin pisləşməsi ilə əlaqədar 2022-ci il mayın 12-dən Xüsusi Penitensiar Xidmətin podratçı klinikası olan Vivameddə yerləşdirilib. Gürcüstanın üçüncü prezidenti 2021-ci il oktyabrın 1-də həbs edilib. O, deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkd və Xüsusi Dövlət Mühafizə Xidmətinə - məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə, “Gödəkçələr” işində. Üçüncü prezident özünü təqsirli bilmir və siyasi təqiblərə məruz qaldığını deyir.