Parlamentin plenar iclasında müxalifətçi deputat Tariel Nakaidze rus qanununun təsdiqini dəstəkləyən “Gürcü Arzusu”nun üzvlərini Serqo Orconikidze ilə müqayisə edib. Səsvermədən əvvəl verilən bu bəyanata görə çoxluq üzvləri Nakaidze ilə qarşıdurma yaşayıb, onu şifahi təhqir ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən hökumətə, hakim partiyaya müraciət edirəm, nəhayət, Gürcüstanın azadlığını və Avropa gələcəyini satmayın. Rus qanununu qəbul etməklə, Gürcüstanın azad, müstəqil və Avropa ailəsinin üzvü olması üçün ən qiymətli canlarını fəda etmiş əcdadlarımızın çoxəsrlik nailiyyətlərini məhv etməyin.
Bu gün ölkənin yekun məhvinə imza atsanız, sizin adınız və soyadlarınız əsrlər boyu Orconikidzenin soyadlarının yanında qeyd olunacaq. Bunu etməyin, vaxt gələcək və siz uşaqlarınızın, nəvələrinizin gözlərinə baxmaqdan utanacaqsınız”, – Tariel Nakaidze bildirib.
Nakaidze nitqini bitirməmişdi ki, “Gürcü Arzusu”nun üzvü Aluda Ğuduşauri onun yanına gedərək, müraciət edib: “Mənəm? Sənə deyirəm, mənəm dedim? Mənə cavab ver, Orconikidze kimdir?”.
“Gürcü Arzusu”nun digər üzvləri Orconikidze ilə müqayisəyə sərt reaksiya veriblər. Nakaidzeni mühasirəyə alıb, onu söyüb, “dilənçi” adlandırıblar. “Həddini aşma” deyə təhdid də eşidilib. “Xalqın Gücü”nün təmsilçisi Dimitri Xundadze Tariel Nakaidzeyə kağız atıb.
Çoxminlik davamlı etirazlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, dünən “Gürcü Arzusu” rus qanununu 84 lehinə, 30 əleyhinə səslə təsdiqləyib.
Qanunverici orqanın önündə aksiya davam edib. Vətəndaşlar üçüncü, yekun oxunuşda qanunun qəbulunu – “qullar” və “ruslar” deyə qışqıraraq qarşılayıblar.
Parlamentin yaxınlığında DİN-in yüzlərlə əməkdaşı səfərbər olunub.