Vilnüs sammitində NATO-ya üzv dövlətlər qərara gəliblər ki, Ukraynanın alyansa dəvəti müttəfiqlər bu barədə razılaşdıqda və şərtlər yerinə yetirildikdə mümkün olacaq. Konkret tarix qeyd olunmayıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya üzvlük yolunda Üzvlük Fəaliyyət Planının (MAP) verilməsi mərhələsinin ləğv ediləcəyini təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün müttəfiqlər Ukraynanı NATO-ya yaxınlaşdıracaq üç elementdən ibarət paket üzərində razılığa gəliblər”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, birinci element, Ukraynaya NATO standartlarına keçməyə imkan verəcək və təhlükəsizlik və müdafiə sektorunun bərpasına kömək edəcək, həmçinin yanacaq, minalardan təmizləmə avadanlığı və tibbi ləvazimat kimi kritik ehtiyaclarını qarşılayacaq yeni, çoxillik yardım proqramıdır. İkinci element NATO-Ukrayna Şurasının yaradılmasını nəzərdə tutur ki, bu da Yens Stoltenberqin sözlərinə görə, Ukrayna ilə bərabərhüquqlu üzv kimi görüşüləcəyi böhranlı məsləhətləşmələr və qərarların qəbulu üçün forum olacaq.
“Üçüncü – biz Ukraynanın NATO-ya üzv olacağını bir daha təsdiqlədik və üzvlüklə bağlı fəaliyyət planının tələbini aradan qaldırmağa razılaşdıq. Bu, Ukraynanın üzvlük yolunu iki mərhələli prosesdən bir mərhələli prosesə çevirir. Biz həmçinin, müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərəcəyimizi də bəyan etdik. Bu, Ukrayna üçün güclü paket və onun NATO-ya üzvlüyünə aydın yoldur”, - Alyansın baş katibi bildirib.
Jurnalistlərin Ukraynanın NATO-ya üzvlüyünə dəvət alması üçün hansı şərtlərin olması barədə sualına Yens Stoltenberq müharibənin dayandırılmasını, onların idarəçiliyini gücləndirmək üçün müdafiə və təhlükəsizlik institutlarının modernləşdirilməsini, o cümlədən korrupsiyaya qarşı mübarizəni misal çəkib.
Vilnüs Sammitinin Kommunikesi Rusiya ilə münasibətlərə də şamil olunur.
“Biz Avro-Atlantik məkanda və NATO ilə Rusiya arasında sabitlik və proqnozlaşdırıla bilənliyə çalışırıq. NATO qarşıdurmaya can atmır və Rusiya üçün təhlükə yaratmır. Biz Rusiyanı düşmənçilik siyasətinə və hərəkətləri fonunda özümüzə tərəfdaş hesab edə bilmərik. Münasibətlərimizdə istənilən dəyişiklik Rusiyanın aqressiv davranışını dayandırmasından və beynəlxalq hüquqa tam əməl etməsindən asılıdır”, - kommünikedə deyilir.
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, sammitin nəticələri yaxşıdır, lakin Ukrayna dəvəti qəbul etsə, ideal olardı.