Navalni gürcülərdən üzr istəyir və hakimiyyəti Saakaşvilini azad etməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyalı müxalif siyasətçi, sərt rejimli koloniyada 9 illik həbs cəzası çəkən Aleksey Navalni Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsinə rəy bildirib. O, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı gürcülərin ünvanına söylədiyi təhqiramiz ifadəyə görə üzr istəyib və Gürcüstan hakimiyyətini eks-prezidenti azad etməyə çağırıb.

Navalninin sözlərinə görə, o, Saakaşvilini tanımır, heç vaxt onunla görüşməyib, necə ki, komandasından heç kimi tanımır.

“Heç kim məndən bunu yazmağı tələb etməyib. Mən Gürcüstan siyasətini çox yaxşı başa düşmürəm və ola bilər ki, nəyisə səhv deyə bilərəm. Mənə ayıb olsun ki, 2008-ci ildə dostumun Cxinvalidə bombalanması faktının təsiri altında gürcülərin ünvanına təhqiramiz epitetlə yazı yazmışdım. Bunun üçün üzr istədim və bir daha üzr istəyirəm, amma bilirəm ki, bu səbəbdən Gürcüstanda fikrimin o qədər də ağırlığı yoxdur. Buna baxmayaraq, bir insan və bir xristian olaraq yenə də yazmağa qərar verdim, çünki bunu izləmək ağırdır. Saakaşvili əziyyət çəkir, ailəsi əziyyət çəkir, baş verənlər bütün Gürcüstan üçün pisdir, hətta Saakaşvilinin ömrünün sonuna qədər həbsdə olmasını edən kəslər də özlərini yaxşı hiss etmirlər.

Mən Gürcüstanın xoşbəxt Avropa gələcəyinə inanıram. Bu, inkişaf etmək üçün hər şeyə sahib olan əla bir ölkədir. İnanıram ki, siyasi qarşıdurma (Harada yoxdur ki?) sülh yolu ilə və uğurla həllini tapacaq. Ancaq keçmiş prezidentin bu həbsi və işgəncəsi dəhşətli və qəddarcasınadır. Bu, Avropa gələcəyinə, inkişafına zərbə vurur, normal gələcək şansını azaldır, əxlaqı alçaldır, ölkəni şərlə doldurur.

Aydındır ki, bu, şiddətli və emosional qarşıdurmadır. Şübhə etmirəm ki, Saakaşvilinin rəqiblərinin xatırlamalı və qisas almaq istədikləri şeylər var. Məhz bu haqda demək istəyirəm və anlayan olacaqsa onları bir şeyə çağırmaq istəyirəm. Qisas lazım deyil, baxmayaraq ki, bunu etmək arzusu böyükdür. Bu qisas bütün Gürcüstana ziyan vuracaq. Bu dalana dirənişdir, strateji baxımdan heç kim üçün sərfəli deyil, qəddar qərardır”, - rus müxalifətçi yazır.

Navalnı hesab edir ki, hazırkı vəziyyətdə Mixeil Saakaşvilinin məhkəmə hökmünün təxirə salınması ilə müalicəyə buraxılması və ya tərəflərə qanuna əməl etməyə və simalarını qorumağa imkan verən analoji addım atmaq ən düzgün olardı.

“Saakaşvili ağır xəstədir və simulyasiya haqqında söhbətlər cəfəngiyyatdır. İnanın ki, həbsxana hər kəsin sağlamlığını əlindən alır, həm də böyük sürətlə.

İndi şövq həftəsi, sonra Pasxadır. Ölkənin rifahı üçün çətin, lakin mərhəmətli bir hərəkət və millətin barışığına doğru addım atmaq üçün əlverişli zamandır. Mən Gürcüstan hökumətini və Mixeil Saakaşvilinin bütün əleyhdarlarını xristian mərhəməti və sülhməramlı ruhunda bu addımı atmağa çağırıram. “Nə bəxtiyardır mərhəmətlilər, çünki onlar əfv olunacaqlar”, - Navalni deyir.

2008-ci ilin avqustunda Aleksey Navalni Rusiya hakimiyyətinin hərəkətlərinə haqq qazandırdı. Avqustun 8-də dərc olunan yazısında o, yazırdı ki, Rusiya aşağıdakı addımları atmalıdır: qondarma Cənubi Osetiya və Abxaziya üçün ciddi hərbi və maliyyə yardımı tapıb qondarma Cənubi Osetiyanı uçuş üçün qapalı zona elan etmək və həmin zonaya daxil olan bütün təyyarələri dərhal vurmaq, Gürcüstanın tam blokadasını elan etmək və bütün Gürcüstan vətəndaşlarını Rusiya Federasiyasının ərazisindən çıxarmaq.

“Gələcəkdə vəziyyətə uyğun hərəkət edilməlidir, lakin eyni zamanda nəzərə alınmalıdır ki, əlbəttə, gəmiricilərin əsas iqamətgahına raket atmağa böyük istək var, lakin gəmiricilər yalnız bunu gözləyir”, - Navalni yazdı.

2013-cü ildə Navalni etiraf etdi ki, gürcüləri “gəmiricilər” adlandırdığına görə peşmandır.

46 yaşlı Aleksey Navalni 2021-ci ilin yanvarından həbsdədir. 2020-ci ildə o, Sovet istehsalı olan “Noviçok” adlı sinir agenti ilə zəhərlənib və buna görə müxalif siyasətçi Rusiya prezidenti Vladimir Putini günahlandırır. Həbsdə olduğu müddətdə Rusiya hakimiyyəti Navalnini ekstremistlər və terrorçular siyahısına daxil edib. Siyasətçinin tərəfdaşlarının əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qalıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur