Svanetidə Nenskra SES-in inşaatçısı olan “Nenskra Hydro” səhmdar cəmiyyətinin işçisi “Korea Water Resources Corporation” (K-water) dövlət şirkətinə məxsus 850 milyon Cənubi Koreya vonunu (təxminən 637 min ABŞ dolları) mənimsəməkdə ittiham edilərək saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“The Korea Times” nəşri “K-water”a əsaslanaraq yazır ki, “Nenskra Hydro” səhmdar cəmiyyətində müəyyən edilmiş, şirkətin hesablarından pul çıxarılması prosedurlarına cavabdeh olan şəxs yanvarın 9-dan 16-dək olan müddətdə 637 000 dollara yaxın pul mənimsəyib. Polis onu Gürcüstanı tərk etməzdən əvvəl Tbilisi Beynəlxalq Hava Limanında saxlayıb.
Təqsirləndirilən şəxs 2 milyon vondan (təxminən 1500 dollar) az pul köçürən zaman bankın “K-water”a bildiriş göndərməyəcəyini bildiyi üçün bir həftə ərzində pulu bank hesabına az miqdarlar şəklində yatırıb. Hadisə işçinin əvvəlcədən xəbərdarlıq etmədən işə gəlməməsindən sonra üzə çıxıb və onun harada olduğu müəyyənləşdirilməyə başlanıb. “Nenskra Hydro” onun Koreyadakı əmlakını ələ keçirmək üçün tədbirlər görüb.
“The Korea Times” yazır ki, bu, “K-water” şirkətinə məxsus külli miqdarda pulun bir işçi tərəfindən ilk mənimsənilmə halı deyil. Analoji hadisə bir neçə il əvvəl baş vermiş, o zaman layihələrdən birinin mühasibi 2014-2020-ci illər arasında şirkətin hesablarından 6,4 milyon dollar oğurlamışdı. Cinayət daxili audit nəticəsində üzə çıxmış, bundan sonra “K-water” bəzi tədbirlər görmüşdü, lakin nəşrin yazdığı kimi, bu, “Nenskra Hydro”da baş vermiş son insidentin qarşısını almaq üçün kifayət etməyib.
Cənubi Koreyanın dövlət şirkəti “K-water” Svanetidə Nenskri və Nakri çayları vadilərinin yuxarı hissəsində 280 MVt gücündə su elektrik stansiyasının və bəndin tikintisinə cavabdehdir. “Nenskra Hydro” səhəmdar cəmiyyəti 2015-ci ildə layihənin tikintisi məqsədilə “K-water” (90%) və Gürcüstan Hökumətinin “Tərəfdaşlıq Fondu” (10%) tərəfindən yaradılıb.
Nenskra su elektrik stansiyasının potensial illik hasilatı 1,2 milyard kilovatsaat olaraq müəyyən edilib. Layihənin ümumi dəyəri 1 mlrd. ABŞ dollarından çoxdur. Onun tikintisi 2021-ci ildə başa çatdırılmalı idi, lakin Çuberi icmasının etirazı səbəbindən layihə dayandırılıb. 2022-ci ildə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyan etmişdi ki, böyük su elektrik stansiyaları, o cümlədən Nenskra dövlətin iştirakı ilə tikilməlidir.
Bundan əvvəl, 2020-ci ildə layihə maliyyəçilərinin müvafiq qurumlarının - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Avropa İnvestisiya Bankının (AİB) rəyinin dərc edildiyi hesabata görə Nenskra SES bankların standartlarına yerli əhalinin hüquqları, mədəni irsin qorunması, layihə alternativlərinin öyrənilməsi, gender məsələləri, məlumatın şəffaflığı, Nenskra SES layihəsini həyata keçirən şirkət nümayəndələrinin səriştəsi.
kimi fundamental məsələlərdə cavab vermir.