Bağdati bələdiyyəsinin Nerqeeti kəndində torpaq sürüşməsi altında qalan dördüncü şəxsin cəsədi tapılıb. Hazırda xilasedicilər 5 yerli sakini axtarır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Görülən intensiv axtarış-xilasetmə əməliyyatı nəticəsində 4 nəfərin cəsədi tapılıb, 5 nəfərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir. İşə 200-dən çox yanğınsöndürən-xilasedici, konoloji qrup cəlb olunub, əlavə texnika səfərbər olunur və biz bütün cəsədlər tapılana qədər intensiv işi davam etdirəcəyik”, - deyə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.
İşlərin gün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
“Torpaq kütləsindən təmizlənməli olan təxminən 70% ərazi qalıb. Çox böyük kütlə, dağın yamacı qopub”, - Mqebrişvili bildirib.
Nerqeeti kəndində sürüşmə prosesləri gecə saatlarında inkişaf edib. Sürüşəntorpaq kütləsinin altında dörd yaşayış evi qalıb. Bir nəfər təbii fəlakətdən sağ çıxıb və xəstəxanaya yerləşdirilib. Dağıntılarda və torpaq kütləsi altında qalanlar arasında uşaqlar da var. Xilasedicilər ata və onun üç azyaşlı övladını axtarırlar.
Fevralın 6-da dağlıq Acarada aramsız yağışlar nəticəsində baş verən qar uçqunu və sürüşmə 2 nəfərin həyatına son qoyub. Acara hökuməti sədrinin sözlərinə görə, təbii fəlakət səbəbindən Keda, Şuaxevi və Xuloda 90-dan çox ailə təhlükəsiz yerə təxliyyə edilib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, fevralın 8-dək Gürcüstanda yağıntının əsasən qar şəklində olacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərbi Gürcüstan çaylarında yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, dağlıq ərazilərdə isə sürüşmə və sel sürüşmələri baş verə və aktivləşə bilər.