Tbilisi Şəhər Məhkəməsi “Formula” telekanalının təsisçilərindən və aparıcılarından biri olan Mişa Mşvildadzeyə qarşı zorakılıqda təqsirləndirilən Nikoloz Quqeşaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib. Hakim Davit Kurtanidze prokurorluğun vəsatətini təmin edib. Müdafiə tərəfi təqsirləndirilən şəxsin 20 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmədə “ Gürcüstan - hər şeydən əvvəl” hərəkatının yaradıcısı Vato Şakaraşvili iştirak edib və o, zamin olmağa hazır olduğunu bildirib.
“Hamı bilməlidir - həm məhkəmə, həm də hökumət, bu qərar çox pis proseslərə gətirib çıxaracaq. Bu, zorakılığın qarşısını almağa xidmət etmir. Bu, zorakılığın miqyasının daha da artmasına xidmət edir.
Nikoloz Quqeşaşvili ilə yeganə əlaqəm dəyər əlaqəsidir. Burada gördüyünüz hər birimizin edəcəyini etdi. Burada gördüyünüz hər kəs eyni şeyi edəcək. Mşvildadze, Caparidze, sizin televiziyanızın zondları [“Pirveli” teleşirkətini nəzərdə tutur], bu insanlara, Gürcüstan əhalisinə qarşı zorakı qruplar adekvat cavab alacaqlar”, - Vato Şakarişvili bildirib.
Mişa Mşvildadze iyunun 27-də axşam saatlarında küçədə tək gedərək supermarketə daxil olarkən hücuma məruz qalıb. Ertəsi gün Nikoloz Quqeşaşvili sosial şəbəkədə post paylaşdı: “Mən Nikoloz Quqeşaşvili, Qldanlı, 4 uşaq atasıyam. Dünən Vaja-Pşavelada, “Karfur”un yaxınlığında, Mişa Msvildadzeni döydüyüm yerdə idim. Döyülməsinə səbəb onun kilsəni cinayətkar adlandırması və xaçın zorakılıq simvolu olduğunu deməsidir. O, patriarxı, gürcü millətini söyüb geyliyi müdafiə edir, həm də məni və “facebook”da dostlarımı söyür. Ona görə də heç yerdə gizlənməyəcəm”, - Quqeşaşvili yazıb.
Nikoloz Quqeşaşvlinin vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxs öz istəyi ilə istintaq orqanına gəlib. O, Cinayət Məcəlləsinin döymə və ya digər zorakılıq tətbiq etmə (126-cı) maddəsinin 1-ci bəndi ilə ittiham olunur. Cinayət 120 saatdan 180 saatadək müddətə cərimə və ya ictimai işlər və ya 6 aydan 1 ilədək müddətə ev dustaqlığı və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İş üzrə növbəti məhkəmə iclası avqustun 22-də keçiriləcək.
Mişa Msvildadzeyə hücum çox güman ki, əvvəlcədən təşkil olunub. Nikoloz Quqeşaşvili cinayəti bir neçə gün əvvəl “Girçi - daha çox azadlıq” lideri Zurab Caparidzeyə hücum edən Soso Maisuradzenin etdiyi formada və mətnlə etiraf edib. Maisuradze hücumun motivlərindən biri kimi Caparidzenin “patriarxı və kilsəni təhqir etməsini” göstərib.
Soso Maisuradze iyunun 17-də Qoridə magistral yolda yerləşən “Smart” supermarketinin dayanacağında Zurab Caparidzeyə fiziki təzyiq göstərib. Hücumla eyni vaxtda Vato Şakarişvili və tərəfdarları Zurab Caparidzenin təlim keçəcəyi Borjomidəki Liberal Akademiya düşərgəsinə yollanmışdılar.