Ukraynaya genişmiqyaslı hücuma görə tətbiq edilən sanksiyalara baxmayaraq, rus şirkətləri “Boeing”, “Airbus” və digər istehsalçıların hazırladığı təyyarə hissələrini yenə də ala biliblər. “New York Times” yazır ki, faktla bağlı iki nəfər saxlanılıb. Nüfuzlu Amerika nəşri müttəhimlərdən birinin adını da hallandırır. O, Rusiya vətəndaşı Oleq Patsuliadır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dünən dərc olunan məqalədə deyilir ki, təyyarələrin hissələrini sanksiyaya məruz qalan “Aeroflot”, “Pobeda”, “Ural”, “Rossia”, “UTair” və “S7 Airlines” aviaşirkətləri əldə ediblər. Müxtəlif naməlum şirkətlər vasitəsilə çatdırılma əsasən Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə və Maldiv adaları vasitəsilə həyata keçirilib, baxmayaraq ki, onlarla yüklərin birbaşa ABŞ və Avropadan ötürüldüyü hallar da olub.
“New York Times” tərəfindən əldə olunan məlumatlara görə, 2022-ci ilin may ayından etibarən səkkiz ay ərzində Rusiya Federasiyasına ABŞ istehsalı olan 14,4 milyondan çox dollar dəyərində aviasiya hissələri göndərilib.
Rusiya Federasiyasının iki vətəndaşı - Oleq Patsulia və onun adı və soyadı nəşr tərəfindən açıqlanmayan biznes-şəriki, mayın 11-də Arizona məhkəməsi tərəfindən saxlanılıb. Onlar ABŞ-ın ixrac nəzarətini pozmaqda və qara pulların yuyulmasında ittiham olunurlar. Ehtimal olunur ki, onlar rus aviaşirkətlərini bahalı ehtiyat hissələri ilə təmin edən qlobal şəbəkənin təşkilatçıları olublar.
Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ 40-a yaxın digər ölkə hökumətləri ilə tərəfdaşlıq edərək Rusiyaya qarşı sanksiyalar tətbiq edib, bunun nəticəsində Rusiyanın iqtisadiyyat və müharibəni davam etdirmək üçün ona lazım olan qərb silahlarına, kompüter çiplərinə, təyyarə hissələrinə və digər texnologiyalara çıxışı məhdudlaşdırılıb. Sanksiyalar aviaşirkətlərə, o cümlədən ən böyük aviaşirkət “Aeroflot”, onun alt şirkəti “Rossia” və digərlərinə də təsir edib.
“New York Times” yazır ki, rus aviaşirkətləri üçün Qərb tədarükçüləri ilə əlaqələr, “Boeing” və “Airbus”-un texniki dəstyi olmadan uçuşları davam etdirmək getdikcə çətinləşir.