“Son həftələr ərzində siyasi azlığın bir neçə aksiyası keçirilib. O aksiyalar və bizim bugünkü yığıncağımız bir əsas prinsipial cəhəti ilə fərqlənir - həmin aksiyalar köləlik yanaşması ilə keçirilib”, - baş nazir İrakli Kobaxidze hökumətin “ agentlər haqqında” rus qanununa dəstək məqsədilə təşkil etdiyi “ümumi yığıncaq”daki çıxışında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hökumət başçısı “Gürcü Arzusu”nun yığıncağında anti-qərb mesajları ilə çıxış edib.
“Bir ölkə Avropa İttifaqına üzv olduqda, təkcə Avropa İttifaqı həmin ölkəni öz evinə buraxmır, həm də bu ölkə Avropa İttifaqına öz evinə buraxır. Ona görə də Gürcüstanın Avropa İttifaqından evimizə daxil olmamışdan əvvəl bizim suverenliyimizə və dəyərlərimizə hörmət etməsini xahiş etmək hüququ var.
...biz Gürcüstanın müstəqilliyindən imtina etməyi nəzərdə tutan heç bir tələblə razılaşa bilmərik.
2020-ci ildən bəri radikal müxalifət və onunla əlaqəli “engeolar” artıq iki dəfə inqilab təşkil etməyə cəhd edib.
3 il bu ölkəni dincəltmədilər və praktiki olaraq daimi inqilabi rejimdə saxladılar. Daha uzağa getsək, 20 ildir ki, ölkəmizi dincəltmirlər. İndi də öz qara pullarını gizlətmək üçün üçüncü dəfə ölkəni qarışdırmaq cəhdindən çəkinmirlər.
“Engeolar”ın şəffaflığına qarşı çıxan hər kəsi, əslində, yeganə məqsəd motivasiya edir – bu ölkəni heç vaxt dincəlməyə qoymamaq və daim “qütbləşmə”nin qapalı dövrəsində fırlamaq.
Xatırlatmaq istərdik ki, son 3 ildə hakimiyyət ölkəni qarışdırmaq cəhdlərinin qarşısını alıb, ölkəni dinc saxlayıb və namizəd statusu alıb. Buradan da görünür ki, heç kimin qarşısında baş əyib, ləyaqətlə dayanmasan, layiqli nəticə qazanmırsan.
Artıq bir neçə aydır ki, bizi hədələyirlər ki, Mərkəzi Seçki Komissiyasının və məhkəmənin müstəqilliyindən əl çəkməsək, Avropa İttifaqı ilə danışıqlara başlamayacaqlar. Burada bir şeyi demək lazımdır: bu gün Ukrayna və Moldova ilə danışıqlara başlayıblar, Gürcüstan isə demokratiya, qanunun aliliyi, insan haqları, institutların gücü, korrupsiyanın olmaması və iqtisadi inkişaf baxımından hər iki ölkədən bir baş üstündür. Ona görə də, ilk növbədə, ədalətin tezliklə bərpası Avropa İttifaqının maraqlarına uyğun olardı.
Budur, Gürcüstan əhalisinin böyük əksəriyyətinin mövqeyini ifadə edən şəxslər.
Biz Avropa İttifaqını 2022-ci ilin iyunundan fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və bu il açıq danışıqlara çağırırıq.
Bu, gürcü cəmiyyətinin və Gürcüstan dövlətinin layiq olduğu tələbdir. Bundan əlavə, hər kəsi gürcü xalqının qayğısına qalmağa və ölkəni qarışdırmaq istəyən “engeolar”ın qara pullarını gizlətməməyə çağırırıq. Bu, gürcü xalqına qarşı ləyaqətli və məsuliyyətli münasibət olacaq.
Oktyabrda bizi ən mühüm parlament seçkiləri gözləyir. Bu həm də “engeolar” və psevdoliberal təbliğat haqqında qanunlarla bağlı bir növ referendumdur. Bu gün “Gürcü Arzusu”nu vətəndaşların 60 faizdən çoxu dəstəkləyir. Buna uyğun olaraq, biz əminik ki, “Gürcü Arzusu” növbəti dəfə radikal müxalifəti böyük üstünlüklə məğlub edəcək və ardıcıl doqquzuncu seçki qələbəsini qeyd edəcək”, - deyə Kobaxidze bildirib.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib.
Aprelin 15-dən Tbilisidə hər gün kütləvi etiraz aksiyaları keçirilir və 28 aprel nümayişində on minlərlə insan iştirak edib.