“Gürcü Arzusu” partiyasından Gürcüstan parlamentinin deputatı İrakli Zarquanın kürəkəni “Laqi Kapital” MMC şirkəti Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin elan etdiyi tenderdə qalib gəlib. Şirkət Şida Kartli regionunda, Qori və Xaşuridə dörd ictimai məktəbin layihələndirilməsi/tikintisi üçün 20 611 989 lari alacaq. Tenderdə iştirak edən yeganə şirkət “Laqi Kapital” olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Laqi Kapital” MMC-nin səhmlərinin 50%-i 2022-ci ilin oktyabrında “Gürcü Arzusu”nun deputatı İrakli Zarkuanın bacısının həyat yoldaşı, Gürcüstan millisinin keçmiş futbolçusu Aleksandr Amisulaşvili tərəfindən təsis edilmiş və səhmlərinin 100%-nə sahib olduğu “J5” MMC-yə məxsusdur. Laşa Qriqalava (“Laşa 1987” MMC) və Giorgi Lomitaşvili (“Urbanix” MMC) “Laqi Kapital”ın 25-25%-nə sahibdirlər. Şirkətin direktoru Besarion Daneliadır.
Tender sənədlərinə əsasən, tenderdə qalib gələn şirkət Qori bələdiyyəsinin Aten kəndində (120 şagird), Xaşuridə - 4 nömrəli ictimai məktəb (500 şagird), Xaşuri bələdiyyəsinin Nabaxtev kəndində (120 şagird) və Kvişxetidə (30 şagird) məktəblər tikməlidir.
Təxmini satın alma büdcəsi 22 213 386 lari idi, lakin müqavilənin dəyəri 20 611 989 lari olaraq müəyyən olunub. Hal-hazırda müqavilə hazırlanma mərhələsindədir.
“Laqi Kapital” MMC daha iki tenderdə iştirak edir və hər ikisində də yeganə iddiaçıdır. Bələdiyyə İnkişaf Fondunun elan etdiyi 5-5 milyonluq tenderlər Ozurqetinin dörd kəndində və Çoxatauridə eyni sayda kənddə uşaq bağçalarının layihələşdirilməsi/tikilməsinə aiddir.
“Gürcü Arzusu”nun deputatının kürəkəninin şirkətinin bu tenderlərdə iştirakı ilə bağlı məlumatı ilk olaraq TV “Pirveli” yayıb. Parlamentin plenar iclasında hesabata Zarkua özü cavab verib. O, təcrübəsi olan qohum və dostlarını tenderlərdə cəsarətlə iştirak etməyə çağırıb.
“Ömrü boyu millinin formasını və dövlət bayrağını ləyaqətlə geyinən Aleksandre Amisulaşvilini hamı tanıyır, kimin nə nə olduğunu hamı bilir. Deyəsən, köhnə rejim dövründən sanırlar ki, bu belə olur. Əməyi, pulu, sərmayəsi olan insan tikinti camaatındadır və Zarkuanın kürəkəni olduğu üçün bulinq qurbanına çevrilməlidir.
Bu sizin standartınızdır. Elə bildiniz ki, mən özünə bəraət qazandırma rejiminə keçəcəyəm. Yox, cənablar, əksinə, açıq, şəffaf tenderlərdə iştirak etmək üçün kapitalı, təcrübəsi və imkanı olan bütün yaxınlarıma, dostlarıma, yerlilərimə, Tbilisililərə, Tsalenjixililərə çağırış edirəm. Bunu etmək imkanınız varsa, cəsurca edin ki, daha çox ləyaqətli, keyfiyyətli məktəb, uşaq bağçası, idman kompleksi tikilsin”, - deyə İrakli Zarkua bildirib.
“Laqi Kapital” şirkətinin direktoru Besarion Danelia jurnalistə bildirib ki, şirkət ilk dəfə dövlət tərəfindən elan edilən tenderin qalibi olub. Şirkət tikinti və layihələndirmə işlərinin təcrübəsi ilə bağlı sənəd təqdim edib, ona əsasən, 2018-2022-ci illərdə “Laqi Kapital” Tbilisinin Qriqol Lortkipanidze küçəsində üç yaşayış massivi inşa edib. Audit hesabatına əsasən, işlərin dəyəri 45 214 650 lari olub.