“Bu gün onlar Avropa gələcəyini bir daşla öldürdülər, və ya cəhd etdilər, demokratiyanı da öldürdülər. Müxtəlif qollar arasında balansın olmadığı ölkə demokratik ölkə sayıla bilməz. Bu, “oçnebanın” cəhdidir, lakin “Oçnebanın” arzu etmək dövrü bitdi, mən onların arzularını doğrultmayacağam və heç yerə getməyəcəyəm. Qoy özləri fikirləşsinlər, hansı Salome Zurabişvili onlar üçüün daha yaxşı idi. Bu artıq məni maraqlandırmır. Məni bu ölkəyə harda daha çox fayda verərəcəyim maraqladırır - müstəqil siyasətçi kimi, və ya mandatını davam etdirəcək prezident kimi? Bunun necə və nə olacağını bizə yaxın gələcək göstərəcək”, - Gürcüstan prezidenti Salome Zurabişvili bildirib. “Gürcü Arzusu”nun deputatlarının şikayəti əsasında Konstitusiya Məhkəməsi onun Konstitusiyanı pozduğunu müəyyən etdikdən sonra prezident ictimaiyyətə müraciət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Salome Zurabişvilinin fikrincə, bu qərarı imzalayan Konstitusiya Məhkəməsinin hakimləri utanmalıdırlar. Prezident istefaya getməyəcəyini bildirib.
“Düzünü desəm, bu gün bir az ürəyim ağrıdı, lakin bu ölkədə artıq məni heç nə təəccübləndirmir və bugünkü nəticə məni həqiqətən təəccübləndirmədi. Amma ürəyim ağrıdı ki, Konstitusiya Məhkəməsi bu gün bizim hüquq sistemində məhkəmənin hələ də müəyyən etimadını doğrultduğu yerlərdən biri olaraq qalırdı. Bu gündən etibarən bu artıq belə deyil, Konstitusiya Məhkəməsi elə bir nəticə çıxarıb ki, ona görə utanmalıdır. Bunu imzalayan bütün hakimlər utanmalıdır. Üç nəfər birtəhər öz reputasiyasını konstitusiyadan daha çox qorudu.
Demək olar ki, bütün müstəqil qurumların onsuz da, təhrif olunduğu, bu ölkədə prezidentdən başqa müstəqil bir qurumun qalmadığı bir vaxtda bu, ölkəyə böyük ziyan vurmaqdır.
Ona görə də sizə, ictimaiyyətə, bu gün məni dinləyən hər kəsə demək istəyirəm ki, mən heç yerə getmirəm, istefaya getmirəm, vəzifədən getmirəm. Mən bütün həyatım boyu olduğum yerdə, nə üçün gəlib, qalıb, küçədə dayanmışamsa orada olacağam - Avropa və demokratik gələcəyimiz üçün”, - Zurabişvili bildirib.
Prezidentin sözlərinə görə, o, impiçment məsələsinə baxılması zamanı parlamentə gələcək. Salome Zurabişvili müxalifəti “anti-Avropa impiçmenti”nə qarşı kənar durmağa çağırıb.
“Parlamentə də gedəcəm, yeri gəlmişkən, o balaca adamların yanında dursam, mənə dəstək verəcək kimsə lazım deyil. Tövsiyyə etmək istəyirəm, hər kəsin öz işidir və mən heç kimə heç nə diktə edə bilmərəm, müxalifətə tövsiyə etmək istəyirəm ki, güclü imic təqdim etmək istəyirlərsə, kənarda dursun və bu anti-Avropa impiçmentinə qarşı dursun. Mən içəridə olacağam və mənə söz versələr çıxacağam. Yoxsa, onsuz da çıxıb hər nə demək lazım olduğunu deyəcəyəm.
Ölkədə olduğunu bildiyim bu dəstəyə görə çox sağ olun. Birlikdə sona qədər mübarizə aparaq”, - deyə Salome Zurabişvili bildirib.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidenti Salome Zurabişvilinin hökumətin razılığı olmadan Aİ ölkələrinin liderləri ilə görüşərək Konstitusiyanı pozduğunu müəyyən edən qərarını dərc edib. Hakimlər Merab Turava, Eva Qotsiridze, Qiorqi Tevdoraşvili, Xviça Kikilaşvili, Manana Kobaxidze və Vasil Roinişvili qərarı dəstəkləyiblər. İrine İmerlişvili, Qiorqi Kverençxiladze və Teymuraz Tuğuşi fərqli fikir bildiriblər.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, bu həftə parlamentdə prezidentin impiçmenti məsələsi üzrə səsvermə keçiriləcək.
Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün parlamentin 100 deputatının səs verməsi lazımdır ki, bu da “Gürcü Arzusu”nda yoxdur. Parlament müxalifəti isə prezidentin impiçmentini dəstəkləmir və bu prosesi ölkənin Avropaya inteqrasiyasına maneə və təxribat kimi qiymətləndirir.