“Oçneba”nın qanun layihəsinə əsasən Bələdiyyə Şurasına majoritar seçkisi üçün qoyulmuş 40%-lik hədd ləğv edilir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bələdiyyə Şurası majoritar deputatının seçilməsi üçün nəzərdə tutulan 40%-lik seçki həddi 2025-ci ildə keçiriləcək yerli özünüidarə seçkiləri üçün ləğv edilə bilər. Bu, bu gün parlamentin Bürosuna təqdim olunacaq “Gürcü arzusu” deputatların qanun layihəsində nəzərdə tutulub.

2021-ci il seçki məcəlləsində seçkidə iştirak edən seçicilərin real səslərinin 40%-dən çoxunu toplayan namizədin majoritar seçki sistemi əsasında Bələdiyyə Şurası üzvü seçilmiş hesab ediləcəyi yazılıb. Namizədlərdən heç biri lazımi sayda səs toplaya bilmədikdə, ən yaxşı nəticə göstərən iki namizədin iştirak etdiyi seçkilərin ikinci turu keçirilir. Daha çox səs toplayan namizəd qalib gəlir.

Qanun layihəsinin izahat qeydində oxuyuruq ki, mövcud nizamnaməyə əsasən, tez-tez Bələdiyyə Şurası seçkilərinin ikinci turunun keçirilməsi zərurəti yaranır ki, bu da öz növbəsində Bələdiyyə Şurasının nümayəndəlik orqanı kimi sürətlə işə cəlb olunmasına və müvafiq olaraq onun dərhal effektiv fəaliyyət göstərməsinə mane olur. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, dəyişikliklər nəticəsində bələdiyyə şuralarının ilk sessiyasını daha qısa müddətdə çağırmaq mümkün olacaq.

“Bu, “19 aprel Şarl Mişel” adlı müqaviləsin qalıqlarıdır. Bu düzəldilməlidir və dünyanın demək olar ki, hər yerində olduğu kimi, hər bir kənd, şəhər və ya yaşayış punktu öz nümayəndəsini vahid seçki yolu ilə seçə bilməlidir”, - Dəyişikliklərlə bağlı “Gürcü Arzusu”nun üzvü İrakli Kadaqişvili bildirib.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin fikrincə, 40 faizlik baryerin ləğvi müxalifət üçün daha əlverişli olmalıdır. “Əgər uyğun deyilsə, bu barədə də danışaq – bir kənara qoyaq ya da qoymayaq deyə”, - Mdinaradze qeyd edib.

Keçmiş baş nazir Qiorqi Qaxarianın partiyasının qiymətləndirməsinə görə, bu təşəbbüs seçicilərin hakim partiyaya etimadının tarixi minimum səviyyədə olduğunu təsdiqləyir:

“Hər gün 60% reytinqi var deyə bizi aldadan “Gürcü arzusu” reallıqda 35%-ə belə ümid etmir. Bu qanunun qəbulu məhz bu deməkdir. Yalanlarda itib-batan “Oçneba” bir şey deyir, başqa şey edir. Bu addımlarda da “Oçneba” “Milli Hərəkata” bənzər oldu. 2010-cu ildə, özünüidarə seçkilərindən dərhal əvvəl, Mixeil Saakaşvili Bələdiyyə Şurasına majoritar olaraq seçilmək üçün ən azı 30% dəstək ehtiyacını ləğv etdi. İqtidarı itirmək kimi isterik qorxusundan irəli gələn “Oçneba” da keçmişdə “Milli Hərəkat”ın etdiyi kimi, bu gün eyni şeyi edir”, - bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü, deputat Beka Liluaşvili bildirib.

“Gürcü Arzusu”na Seçki Məcəlləsinə dəyişiklik etmək üçün Parlamentin tam tərkibinin ən azı üçdə ikisinin (100 deputat) dəstəyi lazımdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur