Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə illik məruzəsi zamanı təhlükəsizlik sahəsindəki çətinliklərdən danışıb və Rusiyanın Gürcüstandakı hibrid müharibəsinin “yeni hücumlarına” diqqət çəkib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rusiya Ukraynanı sındıra bilmədi. Üstəlik, Avropanın birliyini və həmrəyliyini poza bilmədi və hətta gücləndidi. Uğursuzluğa baxmayaraq və ya məhz, elə buna görə Rusiya bütün forma və silahlardan istifadə edərək Gürcüstana qarşı yeni hibrid müharibə [yəni müharibə olmadan müharibə] hücumlarına başladı.
Rusiyanın Oçamçire limanını hərbi bazaya çevirmək planı qarşıdurmanı Qara Dənizə, bizim ərazi sularımıza daşımaq və bununla da Qara Dənizin strateji perspektivi üçün təhlükə yaratmağa xidmət edir.
Bunlar işğal olunmuş ərazilərə hücumlar - səfərbərlik elan edilməsi, ilhaq istiqamətində atılan addımlar [Oçamçire limanının, Biçvinta dövlət iqamətgahının və Soxumi Babuşera hava limanının ələ keçirilməsi], insan hüquqlarına etinasızlıq, mədəniyyətin və kimliyin məhv edilməsidir”, - Zurabişvili bildirib.
Prezidentin sözlərinə görə, işğal xəttində əhalinin daimi qorxudulması, sıxışdırılması və qətlə yetirilməsi hallatrı davam edir.
“Ölkə miqyasında anti-Qərb və psevdo eyni etiqadlılığın təbliği, rusyönümlü qrupların həvəsləndirilməsi və maliyyələşdirilməsi, dövlət qurumlarına artan kiberhücumlar, seçkilər zamanı nələr gözləməli olduğumuza işarədir.
Hibrid müharibə kateqoriyasına Rusiya kapitalının ölkədəki payı kimi iqtisadiyyata birbaşa təsir göstərən - bəzən yaxşı, bəzən pis, ümumilikdə isə Rusiya pulundan və bazarlarından asılılığın artması - kütləvi Rusiya immiqrasiyası da daxildir.
Həmçinin, hibrid strategiya bir sıra müxtəlif təxribatlara əsaslanır: uçuşların bərpası, “Fe Es Be”-nin və digər yüksək rütbəli məmurların maneəsiz ölkəyə daxil olması, Batumiyə Rusiyanın səyahət gəmisinin daxil olması, Sameba Kafedralında Stalinin ikonası. Bütün bunlar cəmiyyətdə fitnə və qarşıdurmanı alovlandırmaq və sabitliyin pozulması təhlükəsi yaratmaq məqsədi daşıyır”, - deyə prezident bildirib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanın Avropa meyli də müəyyən çətinliklə üzləşib və onun “əsrlik kursu əvvəlcə hiss olunmayacaq şəkildə, sonra isə daha aydın şəkildə öz vurğularını dəyişib. Anti-Avropa və anti-Qərb çağırışları marjinal siyasi dairələrdən rəsmi ritorikaya keçid edib. Əvəzində Rusiyaya qarşı mövqelər nəzərəçarpacaq dərəcədə yumşalıb”.
Bununla belə, prezidentin sözlərinə görə, cəmiyyət Rusiya immiqrasiyasının və təbliğatının təxribatlarının öhdəsindən gəlib, Rusiyanın hibrid hərəkətlərini aldanmayıb və sabitliyi və sarsılmaz avropapərəstliyini qoruyub.
Bu gün, fevralın 6-da Salome Zurabişvili parlamentdə illik məruzəsini edir. Bu, onun prezident kimi son hesabatıdır.