Ölkəmizdə heç kim ayrıseçkiliyə məruz qalmır - Ğaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Macarıstanda keçirilən konfransda çıxışı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb və ölkədəki azlıqların çoxluğa qarşı zorakılığına yol verməyəcəyini bir daha bəyan edib. Ğaribaşvili deyir ki, Gürcüstanda heç kəsə qarşı ayrı-seçkilik olunmur.

“Mən heç vaxt deməmişəm ki, mən yalnız çoxluğun baş naziriyəm, mən ölkəmizin baş naziriyəm. Mən əsas, çox sadə həqiqəti dedim ki, biz nə azlığa qarşı zorakılığa, nə də azlığın, onların xalqımızın çoxluna qarşı zorakılığına və aqressiv təbliğatına yol verməyəcəyik. Bu hüquqlar Konstitusiya ilə təmin edilir. Üstəlik, biz bütün bunları qanunla müəyyən etmişik və ölkəmizdə heç kim ayrı-seçkiliyə məruz qalmır.

Amma mən əsas şeyi dedim - ölkəmizin mütləq əksəriyyəti, yəni 90%-i mühafizəkar baxışları, ailə dəyərlərini, bizim hamımızın bu günə qədər gəlib çatdığı dəyərləri bölüşür. Bunlar xristian, milli, vətənpərvərlik və ailə dəyərləridir. Bu elə mənim haqqında danışdığım mövzudur.

Bəzi ölkələrdə cinsin dəyişdirilməsi ilə bağlı geniş yayılmış təbliğatla razısınızmı? Bu, uşaqlar, uşaq bağçaları, məktəblər, universitetlərdə yayılan zəhərləyici təbliğatdır, mən daha bu barədə danışmıram”, – Ğaribaşvili bildirib.

Jurnalistin bu cür “təbliğatın” hansı ölkələrdə aparılması ilə bağlı sualına cavab olaraq baş nazir konkret misal çəkməyib: “Bu barədə çoxlu məlumat tapa bilərsiniz. Cəmiyyətimizə mümkün qədər çox məlumat vermək bizim öhdəliyimizdir və bunu edəcəyik”.

İrakli Ğaribaşvili Avropa Sosialistlər Partiyasının (PES) “Gürcü Arzusu” ilə tərəfdaşlığa yenidən baxılması qərarını şərh edib. Ğaribaşvilinin sözlərinə görə, onlar bu məsələni siyasi şura formatında müzakirə edəcək və nəticə çıxaracaqlar – “bəlkə də iyunda sosialistlərin baş tutmalı olan görüşünə qədər”.

“Bəzi insanlar ABŞ-ın Respublikaçılar Partiyası olan mühafizəkar hərəkatında, o cümlədən ilk spikerinin prezident Reyqan olduğu bu konfransda iştirak etdiyim üçün, uşaqlarda, məktəblərdə, uşaq bağçalarında LGBT təbliğatının aparılması və cinsiyyətin dəyişdirilməsi ilə bağlı bu cilovsuz, aqressiv təbliğatın qəbuledilməz olduğu barədə söylədiyim ifadələrin guya onlar üçün qəbul edilməz olduğu barədə bəyanat yayıblar və ya dərc ediblər. Əgər buna görə kimsə bizim siyasi partiya, iqtidarımızla əməkdaşlıq etmək istəmirsə, bu onların arzusudur. Biz də onlarla əməkdaşlığımızı buna müvafiq olaraq nəzərdən keçirəcəyik”, – Ğaribaşvili bildirib.

Mayın 4-də Budapeştdə İrakli Ğaribaşvili Amerikanın “Mühafizəkar Siyasi Fəaliyyət Koalisiyası” təşkilatının illik konfransında iştirak edərək homofob mesajlar səsləndirib. Onunla birlikdə Avropa İttifaqında rusiyayönümlü mövqeyi və homofob siyasətinə görə tənqid olunan Macarıstanın baş naziri Viktor Orban da konfransda çıxış edib.

Hələ Ğaribaşvili konfransa getməzdən əvvəl “PES” rəhbərləri iyunda “Gürcü Arzusu”nun statusunu nəzərdən keçirəcəklərini açıqlayıbar. Bu məsələni “PES”in prezidenti, İsveçin keçmiş baş naziri Stefan Lofen mart ayında “Gürcü Arzusu” eyni adlı agentlər haqqında rus qanununun qəbulunu dəstəkləyən zaman qaldırmışdı.

Mayın 4-də İrakli Ğaribaşvilinin konfransdakı çıxışından sonra “PES”in vitse-rezidenti, Kati Piri deyib: “Baş nazir Ğaribaşvilinin hərəkətləri qəbuledilməzdir və onu siyasi ailəmizin dəyərlərindən kənarda qoyur. “PES” artıq prezidentlərin növbəti görüşündə “Gürcü Arzusu”nun statusunu qiymətləndirməyə qərar verib. Bu, açıq şəkildə İrakli Ğaribaşvilinin bugünkü hərəkətindən sonra zəruri addımdır”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur