Biz azlığın çoxluğa qarşı zorakılığına imkan verməyəcəyik... Ana qadın, ata isə kişidir - Ğaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Biz hər kəsin hüquqlarını qoruyacağıq, lakin azlığa qarşı zorakılığa yol verməyəcəyimiz kimi, azlığın da çoxluğa qarşı zorakılığına yol verməyəcəyik. Biz azlığın gürcü kimliyinin, özünəməsusluğunu və bütün tariximizin əsaslandığı, əhalimizin əksəriyyətinin Tanrı tərəfindən qoyulmuş hesab etdiyi dəyərləri dəyişdirmək üçün aqressiv təbliğatdan istifadə etmək cəhdini dəstəkləməyəcəyik”, - deyə Gürcüstanın baş naziri mühafizəkarların beynəlxalq konfransında çıxışı zamanı bildirib.

4-5 may tarixlərində Macarıstanda keçirilən bu tədbirdə İrakli Ğaribaşvilinin çıxışı 20 dəqiqəyə yaxın davam edib və bu çıxışda o, ənənəvi dəyərlər, ailə və mühafizəkar dəyərlər üzərində dayanıb. Ğaribaşvilinin açıqlamaları özündə homofob mesajlar ehtiva edib.

“Ənənələrə sədaqət yenilənmədən imtina etmək demək deyil, lakin biz bilirik ki, şər çox vaxt yenilənmə adı ilə gəlir”, - Ğaribaşvili bildirib və Gürcüstanın katolik-patriarxı II İliyadan sitat gətirib:“Patriarxımız buyurdu ki, azadlıqla saxta azadlıq adı altında mübarizə aparırlar. Bəli, bu həqiqətən də belədir. Heç kim azadlıqla köləlik adı ilə mübarizə aparmır, onlar bunu saxta azadlıq adı ilə edirlər; Heç kim yalan adı ilə həqiqətə qarşı çıxmır, onlar bunu saxta həqiqət adı ilə edirlər. 

Azadlığa, həqiqətə qarşı çıxan qüvvələr öz məqsədlərinə necə nail olmağa çalışırlar? Məhz ənənəvi, ailə dəyərlərinin məhv edilməsi və saxta azadlıqdan köməyi, LGBT təbliğatı, valideynlərin iradəsindən kənar azyaşlı uşaqlar üçün cinsiyyət dəyişikliyini qanuniləşdirmək cəhdləri, insanı kökündən, ailəsindən, adət-ənənəsindən, mədəniyyətindən, tarixindən qoparacaq eyni adlı yenilikləri məcbur etməklə. Bu cür, tarixini, inancını, unutmuş, kökləri olmayan bir insanı idarə etmək asandır. Ona görə də belə çətin anlarda bizim əsas silahımız və dayağımız ənənəvi, xristian, ailə, mühafizəkar dəyərləridir”, - Ğaribaşvili bildirib.

Ğaribaşvilinin sözlərinə görə, onun hökuməti hər bir vətəndaşın hüquqlarına hörmət edir, buna misal olaraq 2014-cü ildə ayrı-seçkiliyə qarşı qanunun qəbul edilməsini göstərmək olar.

“Amma biz çoxluğun hüquqlarını da qoruyuruq, onlar üçün ailə qadınla kişi birliyidir – ana qadın, ata isə kişidir. Cəmiyyətimizin böyük əksəriyyəti ənənəvi, mühafizəkar, ailə dəyərlərini bölüşür. Bu dəyərlər təkcə keçmişin mirası deyil, onlar bizim canlı bu günümüzdür, özümüzün böyüdüyümüz və uşaqlarımızı böyütmək istədiyimiz mühitdir. Mən dörd uşaq atasıyam və gürcü valideynlərin əksəriyyəti ilə birlikdə gələcək nəsillərimizin valideynlərimizin bizim tərbiyə edildiyimiz kimi xristianlığa əsaslanan unikal dəyərlər əsasında tərbiyyə olunmalarını istəyirəm”, - Gürcüstanın baş naziri bildirib.

Ğaribaşvili çıxışı zamanı Macarıstanın baş naziri Viktor Orbanı da tərifləyib və bildirib ki, “Macar xalqı bu çətin dövrdə belə müdrik və uzaqgörən milli liderə sahib olduğu üçün çox şanslıdır”. İrakli Ğaribaşvilinin sözlərinə görə, 2010-cu ildən Macarıstanın baş naziri olan Orban fundamental dəyərlərin keşiyində dayanır, nümunəvi siyasətçi və mübariz xristiandır.

Bu il Macarıstan ardıcıl olaraq ikinci dəfə sağçı və ultrasağçı siyasətçilərin beynəlxalq konfransına ev sahibliyi edir. Orbanın çıxışı zamanı dediyi kimi, Macarıstan mühafizəkar siyasətin inkubatoruna çevrilib. “Biz sərhədlərimizdə miqrasiyanı dayandırdıq, məktəblərdə gender təbliğatını dayandırdıq və sülh üçün yorulmadan çalışırıq. Bu, mütərəqqi-liberal virusuna qarşı dərmandır”, - o qeyd edib.

Ğaribaşvilinin konfransda iştirakına görə avroparlamentarlar tərəfindən tənqid edilib və Avropa Sosialistlər Partiyası 2015-ci ildə “Gürcü Arzusu” ilə qurulan tərəfdaşlığa yenidən baxmaq qərarına gəlib.

İrakli Ğaribaşvili “Mühafizəkar Siyasi Fəaliyyət Koalisiyası” (CPAC) konfransında Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusunu gözlədiyi bir vaxtda çıxış edib.

Həssas qrupların hüquqlarının müdafiəsinin gücləndirilməsi Avropa Komissiyasının müəyyən etdiyi 12 şərtdən biridir ki, Gürcüstan bunu statusu almaq üçün ilin sonuna kimi yerinə yetirməlidir. Qeyri-hökumət təşkilatlarının qiymətləndirməsinə görə, qeyd olunan şərt yerinə yetirilməmiş olaraq qalır - “xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu cəhdi uğursuzluğa düçar olduqdan sonra “Gürcü Arzusu”nun liderləri LGBTQİ+ əleyhinə ritorikadan istifadə etməyə başlayıblar. 5 iyul 2021-ci il zorakılığının təşkilatçıları hələ də cəzalandırılmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur