“Ölkəmizin gələcəyi nə xarici dövlətlərin agentlərinə, nə də xarici dövlətlərin xidmətçilərinə aid deyil və daha aid olmayacaq. Ölkəmizin və xalqımızın gələcəyi vətənpərvərlərindir. Bir şeyi hamıya, o cümlədən radikal müxalifətə xatırlatmaq istəyirəm: bu adamların kimə xidmət etdiyinin tam lüstrasiyası olub”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Berlində jurnalistin “xarici agentlər haqqında” qanun layihələri ilə bağlı sualına cavab olaraq bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazir rus qanununun təşəbbüskarlarının fikirlərini bölüşür və onun qəbulunu dəstəkləyir.
“Bilirsiniz ki, parlamentə qanun layihəsinin iki variantı təqdim olunub. Biri eyni adlı “Xalq Gücü”nün hazırladığı gürcü variantı, ikincisi isə eyni adlı Amerika variantı, yəni mənə izah edildiyi kimi və bilirik ki, belədir, yəni Amerika qanunu tərcümə edilib bizim reallığa uyğunlaşdırılıb. Amerikada bu qanun, səhv etmirəmsə, 1939-cu ildə qəbul edilib və o vaxtdan bəri bu qanun qüvvədədir və mən düşünmürəm ki, heç kim Amerikada niyə belə bir qanunun mövcud olduğunu mülahizə və ya mühakimə etmək istəməyi olmayıb . Belə qanun, həmçinin digər ölkələrdə də tətbiq olunur.
Ölkənin müəyyən bir zamanda, müəyyən bir anda hansı qanuna ehtiyacı olması hər bir ölkənin suveren qərarıdır. Ümumiyyətlə, mən bunları demək istərdim - biz, hökumətimiz ölkəmizin suverenliyini möhkəmləndirmək üçün hər şeyi edirik.
Bu, bizim əsas vəzifəmizdir. Ölkəmizin müstəqilliyi. Biz ölkəmizi Avropaya inteqrasiya yolu ilə aparırıq, məncə, hamımız çox yaxşı bilirik ki, “Gürcü arzusu” son 10 ildə assosiasiya sazişini, azad ticarəti, vizasız rejimi, indi isə artıq Avropa perspektivini gətirərək, nəhayət sübut etdi ki, biz həqiqətən də Avropa ailəsinin tamhüquqlu üzvü olacağıq və statusu gözləyirik. Hökumətimiz bu statusu tezliklə əldə etmək üçün hər şeyi edir. Müxalifətdən eşitdiyimiz istənilən spekulyasiya əsassızdır. Aydındır ki, bu, çoxları üçün qəbuledilməz məsələ ola bilər, amma biz hökumətik, çünki xalqımıza və ölkəmizə lazım olanı etməliyik.
Burada, məsələn, dövlətə, dövlət maraqlarına qarşı birbaşa mübarizə aparan bir çox qeyri-hökumət təşkilatlarını tanıyırıq. Bir çox təşkilatlar tanıyırıq ki, xaricdən aldığı maliyyə vəsaiti hesabına hökumət əleyhinə mitinqlər, ölkəmizin milli maraqlarına xidmət etməyən çoxlu təxribat xarakterli tədbirlər keçirib. Onların maliyyələşdirilməsi şəffaf deyil.
Digər tərəfdən, onlar bizi hökumətin fəaliyyətinin, parlamentin fəaliyyətini tam şəffaf olmalı olduğuna çağırırlar ki, bu onsuz da belədir. Biz şəffaflığımızla bütün dünyada qabaqcıl mövqelərdəyik. Həmçinin büdcə şəffaflığı baxımından da biz bir nömrəyik. Dünyada birinci yerdəyik. Ona görə də hesab edirəm ki, indi gedən kampaniya əsassızdır. Başa düşürəm ki, bu, onlar üçün ağrılıdır, çünki illərdir on milyonlarla dollar qrant alıblar və xalqımız ictimaiyyətimiz qarşısında heç bir şəffaflıq, məlumat, hesabatlılıq olmayıb. Hesabatlılığın və şəffaflığın minimum standartı Avropa və dünya standartlarına tam müvafiq olan zəruri tələbdir.
Qanunvericilərimiz,Parlamentimiz tərəfindən çox aydın şəkildə izah edildi ki, bu qanun layihələrinin hər ikisinin birinci dinləmədə dəstəklənməsi nəzərdə tutulur, bundan sonra deputatlarımızın izah etdiyi kimi, bu qanun layihələri Venesiya Komissiyasına göndəriləcək. Biz Venesiya Komissiyasının tövsiyələrini, onların qiymətləndirilməsini gözləyəcəyik və parlament bu məsələni müzakirə etməyi davam etdirəcək”, - İrakli Ğaribaşvili bildirib.
Parlament çoxluğu gündəliyi dəyişib və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə təcili olaraq parlamentin bu gün, martın 7-də keçiriləcək plenar iclasında baxacaq. “Gürcü arzusu” üzvlərinin dediyi kimi, birinci dinləmədən sonra hər iki qanun layihəsi hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Bundan əlavə, deputat Quram Maçaraşvili bildirib ki, Venesiya Komissiyasının rəyi məcburi olmayacaq.
“Xarici agentlərin qeydiyyatı” və “Xarici təsirin şəffaflığı” haqqında qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan medya qurumları və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Bununla, Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatları emal etmək və 25 min lari məbləğində cərimə tətbiq etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il müddətində həbs cəzası nəzərdə tutulub.
Müstəqil medya qurumları, qeyri-hökumət təşkilatları, vətəndaşlar və müxalif partiyalar qanun layihələrinə etiraz edirlər.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan parlamenti “Rusiya və Rusiyaya bənzər digər ölkələrdə olduğu kimi, vətəndaş cəmiyyətini ləkələyən, müstəqil medyanı və fərqli səsləri susduran” qanun layihələrini dəstəkləməməyə çağırıb.