2022-ci ilin ilk 11 ayı ərzində Aİ ölkələrinə Gürcüstan vətəndaşlarından 26.177 sığınacaq müraciəti daxil olub. Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) məlumatına görə, təkcə noyabr ayında 3030 Gürcüstan vətəndaşı sığınacaq üçün müraciət edib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. Onlardan 2798 vətəndaş ilk dəfə, 232 nəfər isə təkrar müraciət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ötən il Gürcüstandan Avropaya sığınacaq axtaranların sayı demək olar ki, hər ay artırdı - yanvarda 1805 müraciət qeydə alınıb , fevralda - 1776, martda - 2196, apreldə - 2075, mayda - 2545, iyunda - 2620, iyulda - 2370, avqustda - 2390, sentyabrda - 2645, oktyabrda - 2725, noyabrda - 3030. Dekabr ayı ilə bağlı göstəricilər hələ açıqlanmayıb.
Gürcüstan vətəndaşları daha çox Fransa, Almaniya, İtaliya və İrlandiyadan sığınacaq almaq üçün müraciət edirlər.
2022-ci ildə Avropa İttifaqından sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının təxminən 92 %-i ilk dəfə ərizə doldurub. Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) son hesabatında qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi Gürcüstana əhəmiyyətli iqtisadi və sosial-siyasi təsir göstərib və bu, bəzi Gürcüstan vətəndaşlarını Avropada müdafiə axtarmağa məcbur edə bilər. Ötən ilin noyabrında Gürcüstan vətəndaşlarının müraciətlərinin təmin edilmə göstəricisi 4 faiz təşkil edib, 1621 qərardan 1560-ı mənfi olub. 44 nəfərə qaçqın statusu verilib, 17 nəfərə isə subsidiyal müdafiə verilib.
Buna baxmayaraq, birinci instansiyada baxılası işlərin sayı artaraq noyabrın sonunda 14.800-ə çatıb. Bu, 2014-cü ildən bəri ən böyük göstəricidir.
Aİ Sığınacaq Agentliyi qeyd edir ki, Aİ ölkələrinə 2022-ci ilin noyabr ayında təxminən 107.300 sığınacaq müraciəti daxil olub ki, bu da 2016-cı ildən bəri yeni ən yüksək göstəricidir. Noyabr ayında müraciətlərin təminatlılıq göstəricisi 39 % təşkil edib. Sığınacaq ən çox Suriya, Ukrayna, Belarus, Yəmən, Mali Respublikası və Eritreya vətəndaşlarına verilib.