NATO-ya üzv ölkələr Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə ölkəyə üzvlük üzrə fəaliyyət planı (MAP) vermədən, sürətləndirilmiş rejimdə baxmağa hazırdırlar. Bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun Vilnüs sammitindən bir gün əvvəl açıqlayıb. Onun sözlərinə görə, intensiv danışıqlardan sonra müttəfiqlər arasında konsensus əldə olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Uzun müddətdir ki gözlədiyimiz və NATO-ya gedən yolumuzu qısaldacaq bu qərarı alqışlayıram. Bu, Ukraynanın NATO-ya üzv olmağa dəvəti ilə bağlı aydınlıq gətirilməsi üçün ən yaxşı məqamdır”, - Kuleba Twitter-də yazıb.
Litva prezidenti Qitanas Nauseda Alyansa üzv dövlətlərin razılığa gəldiyini təsdiqləyib və Ukrayna üçün MAP-ı ləğv etmək qərarına gəlib.
“Deyə bilərəm ki, üzvlüklə bağlı fəaliyyət planı geri götürüləcək. Bu, Ukraynanın NATO-ya gedən yolunu asanlaşdıracaq çox müsbət bir addımdır”, - deyə xarici medya Litva prezidentinin sözlərindən sitat gətirib.
Nausedanın sözlərinə görə, eyni zamanda, Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyü ilə bağlı çox aydın siqnal lazımdır: “Bu baxımdan, biz yalnız “açıq qapı”dan danışan Buxarest sammitinin dilindən kənara çıxmalıyıq. “Ukraynanın bu gün çox konkret siqnallara ehtiyacı var ki, şərtlər imkan verdikdə, o, təkcə kağız üzərində deyil, real olaraq da NATO üzvü olacaq”.
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar liderlərin sabah görüşüb razılığa gəlməsindən sonra veriləcək.
Ukraynanın NATO-ya qəbulu ilə bağlı Kremldən növbəti açıqlama verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası “tamamilə aydın və ardıcıl mövqeyə malikdir”. “Ukraynanın NATO-ya daxil olması Avropanın onsuz da pozulmuş təhlükəsizlik arxitekturası üçün çox, çox mənfi nəticələr verəcək və ölkəmiz üçün mütləq təhlükə olacaq ki, bu da bizdən aydın və sərt reaksiya tələb edir”, - Peskov bildirib.
İyulun 11-12-də Vilnüsdə NATO sammiti keçiriləcək və orada Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edəcək. Sammitdə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili də iştirak edəcək.
2-3 aprel 2008-ci il tarixində NATO-nun Buxarest sammitində Gürcüstan və Ukrayna Şimali Atlantika Alyansına üzv olmaq vədiəldə etsələr də, üzvlük haqqında fəaliyyət planını əldə edə bilməyiblər. 2022-ci il sentyabrın 30-da, Rusiyanın genişmiqyaslı hücumundan yeddi ay sonra, Ukrayna NATO-ya sürətləndirilmiş üzvlük üçün müraciət edib.