Axaltsixedə, Orfolo poliqonunda ildırım vurması nəticəsində xəsarət alan podpolkovnik Qoderdzi Afrasidze klinikada dünyasını dəyişib. Müdafiə Nazirliyi məlumatı təsdiqləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanın Müdafiə Nazirliyi podpolkovnik Qoderdzi Afrasidzenin vəfatı ilə bağlı dərin kədərini ifadə edir. Müdafiə Nazirliyi Qoderdzi Afrasidzenin ailəsinə və yaxınlarına başsağlığı verir”, - yayılan bəyanatda deyilir.
Qoderdzi Afrasidze Gürcüstan Müdafiə Qüvvələrinin Qərb komandanlığının 2-ci piyada briqadasının 24-cü artilleriya batalyonunun komandiri olub. O, iyunun 15-də Orfolo Poliqonunda planlaşdırılmış çöl təlimi zamanı xəsarət alıb. Afrasidze əvvəlcə huşsuz vəziyyətdə Axaltsixeyə, göndərişli xəstəxanaya yerləşdirilib, sonra isə onu Tbilisidəki yanıq mərkəzinə köçürmək lazım gəlib. Mərkəzin rəhbəri Quqa Kashibadze bildirib ki, əsgər yanıq şoku keçirib və reanimasiya şöbəsində idarə olunan tənəffüsə qoşulub.
Qoderdzi Afrasidzenin ölümü ilə bağlı Hərbi Polis İdarəsinin Samtsxe-Cavaxeti Regional Bölməsi araşdırmalara başlayıb.