“2022-ci ildə oyun biznesinin bütün dövriyyəsi 48 milyarddan 52 milyarda yüksəlib ki, bu da fəlakətli rəqəmdir və hələ də oyun biznesi ilə məşğul olan bir çox insan var. Biz bu biznes üçün vergilərin artırılması barədə qərar qəbul etmişik”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazirin sözlərinə görə, ötənilki dəyişikliklər vasitəsilə oyun biznesinin reklamı qadağan edilib, yaşı 25-dən aşağı olan vətəndaşların oyun biznesində iştirakına qadağa qoyulub, lakin, “buna baxmayaraq, kifayət qədər vətəndaş oyun biznesi ilə məşğuldur”.
Ğaribaşvili qeyd edib ki, hökumət qumar biznesindən əlavə 400 milyon lari əldə etməyi planlaşdırır.
“Biz parlament çoxluğuna yeni təşəbbüs təqdim edicəyik. Biz oyun biznesinin vergi dərəcələrini dəyişdirməliyik və plana uyğun olaraq, yeni təşəbbüslə oyun biznesindən indiki 10% əvəzinə mənfəətin 15% dərəcəsi ilə vergi tutulacaq, bundan əlavə oyun biznesindən əldə edilən məbləğin indiki 2% əvəzinə 5%-i vergiyə cəlb olunacaq.
Onu da ictimaiyyətə çatdırmaq istəyirəm ki, qeyd olunan dəyişikliklər büdcəyə əlavə 400 milyon lari gətirəcək. 300 milyon banklardan, 400 milyon oyun biznesindən bu dəyişiklik nəticəsində 2024-cü ildə cəmi 700 milyon əlavə gəlirimiz olacaq.
Burada bir tərəfdən təəccübümü bildirmək istərdim, digər tərəfdən oyun biznesinin dövriyyəsinin artması çox üzücüdür. Mən həqiqətən də xoşbəxt deyiləm, çoxlu sayda vətəndaş hələ də oyun biznesi ilə məşğuldur”, - deyə İrakli Ğaribaşvili bildirib.
Keçən il parlament hökumətin təklif etdiyi dəyişiklikləri qəbul edib və qumarın televiziyada reklamını tamamilə qadağan edib. Televiziyalar qumar biznesini reklam etməklə və sponsorluq paketləri satmaqla kommersiya gəlirinin 20-25%-ni əhatə edirdi. Qadağa televiziya mediasının maliyyə vəziyyətini pisləşdirdi.
Qanuna edilən düzəlişlər digər məhdudiyyətlər də tətbiq etdi - oyunçuların minimum yaşı 18-dən 25-ə qaldırıldı, dövlət qulluğunda işləyən və sosial cəhətdən həssas olan insanlar üçün oynamaq hüququ tamamilə qadağan edildi. Hökumətin məlumatına görə, məhdudiyyət bir milyona qədər Gürcüstan vətəndaşına şamil edilib.