Oyuncaqlarda xərçəng və mutasiyaya səbəb olan maddələr aşkar edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bazara Nəzarət Agentliyi tərəfindən oyuncaqların laboratoriya yoxlanması nəticəsində onların tərkibində borun miqdarının yol verilən normadan 10 və 30 dəfə çox olduğu müəyyən edilib. Bor xərçəng, mutasiya və ya reproduktiv zəhərlənmə kimi uşağın orqanizminə düzəlməz zərər vuran kanserogen, mutagen və zəhərli reproduktiv CMR maddəsidir.

Musiqili oyuncaq ksilofonunun (seriya/brend: frog insects knock xylophone istehsalçı - Mut) laboratoriya yoxlanışı zamanı müəyyən edilib ki, oyuncağın üzərindəki boya soyulur, ksilofon üç yaşından kiçik uşaqlar üçün nəzərdə tutulub, onların xarakterik davranışı oyuncaqları ağızlarına almaq olduğuna görə bu tənəffüs yollarının tutulmasına və uşağın boğulmasına səbəb ola bilər.

Üç yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqda kiçik hissələr olmamalıdır və oyuncaq hissələrə bölünməməlidir.

Oyuncaq silahların (istehsalçı: Shengbo Toys Factory, seriya/brend qeyri-məlumdur) laborator yoxlanışı zamanı məlum olub ki, silahların güllələrində kiçik qırıntılar var ki, bu da uşağın qırtlağına daxil ola və yuxarı tənəffüs yollarının respirator fəsadlarına səbəbiyyət verə bilər.

Vanna oyuncağının (seriya/ brend: 111-1, istehsalçı: XIONG LI TOYS FACTORY) laboratoriya yoxlanışı zamanı məlum olub ki, oyuncağın kiçik tökülən hissələri var və bu, udulduğu halda yuxarı tənəffüs yollarının respirator fəsadlarına səbəb ola bilər.

Oyuncaq dırnaq boyası dəstinin (seriya MBK-326, istehsalçı MEI BO KAI) laboratoriya yoxlanışı zamanı məlum olub ki, oyuncağın tərkibində 191,8 mq/kq qurğuşun var ki, bu da qanuni limitdən 95,9 dəfə çoxdur.

Şirkətlərə təhlükəli oyuncaqları bazardan yığışdırmaq tapşırığı verilib.

Oyuncaqlar üçün təhlükəsizlik tələbləri 2021-ci il iyulun 1-dən qüvvəyə minib. Oyuncaqlara Bazara Nəzarət Agentliyi nəzarət edir. Avropa İttifaqı direktivinə uyğun olaraq hazırlanmış texniki reqlament 14 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlara şamil edilir. Agentlik oyuncaqların sənədli yoxlanışını, vizual və laboratoriya ekspertizasını həyata keçirir. Gürcüstanda oyuncaqların mexaniki və kimyəvi sınağı üçün müvafiq laboratoriyalar olmadığından agentlik nümunələri xaricdə akkreditasiya olunmuş laboratoriyalara göndərir.

Təhlükəsizlik tələblərinin pozulması aşkar edildikdə, sanksiyalar, arayış, satışın dayandırılması, məhsulun çıxarılması, geri çağırılması şəklində nəzərdə tutulur, həmçinin oyuncaqda təhlükəli kimyəvi qarışıqlar olduğu aşkarlandığı hallarda məhv edilir.

Oyuncaqların təhlükəsizliyi ilə əlaqəli olaraq Bazara Nəzarət Agentliyinin 14 83 nömrəli qaynar xəttinə müraciət edə bilərsiniz.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur