Parlament 6,7 milyon lariyə 60 yeni avtomobil alacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamenti 6,7 milyon lariyə 60 yeni avtomobil almağı planlaşdırır. Tender sənədlərinə əsasən, nəqliyyat vasitələri 2024-cü ildən köhnə olmayaraq, sedan, hibrid və qaradan başqa istənilən rəngdə olmalıdır.

Parlament aparatından verilən məlumata görə, qanunverici orqanın parkı köhnəldiyi və bir avtomobilin orta yürüşünün 300 000 kilometri ötdüyü üçün bu satınalma zəruridir. Bu günə olan məlumata görə, parlamentin balansında 89 nəqliyyat vasitəsi var.

“Elan edilmiş satınalmanın təxmini dəyəri 6 712 230 lari təşkil edir ki, bunun da təxminən 5 557 800 larisini avtomobillərin öz dəyəri, geridə qalan 1 154 430 larini isə 5-ci il üçün hesablanmış xidmətin (yanacaq və texniki xidmətin) proqnozlaşdırılan ümumi xərclər təşkil edir”, - parlament aparatından bildirilir.

Müxalifətçi deputat Roman Qotsiridzenin sözlərinə görə, parlamentdə şəxsi avtomobillərinin olması sovet mirasıdır və bu, Gürcüstanın iqtisadi vəziyyəti ilə bir araya sığmır. Deputatın sözlərinə görə, “Gürcü Arzusu”nun 84 üzvündən 50-nə avtomobillər xidmət göstərir.

“Gürcüstan Parlamenti yəqin ki, dünyada yeganə parlamentdir ki, hakim partiyanın parlament çoxluğundan olan hər ikinci deputata şəxsi avtomobillə xidmət göstərir.

Avtomobillər köhnəlir və onların dəyişdirilməsinin vacibliyi barədə heç kim mübahisə etmir, lakin Gürcüstan parlamentində baş verənlər hər cür mənəvi və maliyyə məntiqindən məhrumdur. Bu, o zaman baş verir ki, noyabr ayından başlayaraq sıravi deputatın maaşı iki dəfə artaraq 8 min lariyə, vəzifəli deputatların maaşı isə daha da artaraq, bəzi hallarda hətta 10 min larini də keçir.

Şəxsi avtomobillərin sovet qalıqları silinməlidir. Bütün nazirliklərdə, dövlət qurumlarında belədir. Əhalinin dörddə birinin ya dövlət sosial yardımı aldığı, ya da yoxsulluq ucbatından onun növbəsində durduğu ölkə üçün bu, daha da qəbuledilməzdir”, - Roman Qotsiridze bildirib.

Yeni avtomobillər 2025-ci ildən istifadəyə veriləcək və növbəti, 11-ci çağırış parlamentin deputatlarına xidmət göstərəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur