Gürcüstan parlament aparatı “Gürcü Arzusu”nun deputatı Eliso Bolkvadzeyə suallar verdikdən sonra “Mtavari Arxi” və “Pirveli” teleşirkətlərinin jurnalistlərinin akkreditasiyasını bir ay müddətinə dayandırıb. Dünən məlum olub ki, “Formula” nın jurnalisti Sofia Gozalişvilinin də akkreditasiyası dayandırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Parlamentin aparatı izah edir ki, akkreditasiyanın dayandırılmasına əsas kimi parlamentin sədri Şalva Papuaşvilinin fevralın 6-da imzaladığı sərəncamın maddəsi dayanır. Maddəyə əsasən jurnalist “Gürcüstan parlamentinin üzvü, Gürcüstan parlamentinin əməkdaşı və ya parlament bürosunu ziyarət edən bir şəxs müsahibə verməyi rədd edərsə, jurnalist müsahibəni dayandırmalıdır”.
Aprelin 6-da jurnalistlər Tatia Tsotsanava və Rusudan Dumbadze canlı yayımda “Gürcü Arzusu”nun üzvü, parlamentin mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzedən Amerika Birləşmiş Ştatları tərəfindən gürcü hakimlərinə qarşı sanksiya tətbiq edilməsinə münasibətini soruşublar. Müsahibəni lentə alarkən liftin yanında dayanan Bolkvadze heç vaxt “belə formatda” müsahibə verməyəcəyini bildirib. Daha sonra “Pirveli”nin jurnalistinə bu telekanalın tamaşaçılarını tanımadığını deyib. Həmin gün parlament aparatı jurnalistlərin və operatorların akkreditasiyasını dayandırıb.
“Aparat açıq mənbələrdə mövcud olan sübutlara, o cümlədən yayım materialına əsaslanır. Bunun sualın məzmunu ilə heç bir əlaqəsi yoxdur. Söhbət respondentin təqib edilməməli olduğundan gedir. Respondent müsahibə vermək istəmirsə, müsahibə dayandırılmalıdır. Sizi iki dəqiqə vaxt ayırıb bu qaydaları oxumağa çağırıram”, - parlament sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Media Vəkilliyi Koalisiyasından qiymətləndirilməsinə görə, parlament aparatının qəbul etdiyi qərarlar cəza xarakteri daşıyır, fərqli fikir bildirmək və hakim partiyanın nümayəndələrinə tənqidi suallar vermək imkanlarını məhdudlaşdırır. Koalisiya parlamenti teleşirkətlərin işçilərinin akkreditasiyasını təcili bərpa etməyə və tənqidi mediaya əlavə təzyiq kimi yeni, çirkin təcrübəni dayandırmağa çağırır.