Parlament İctimai Yayımçınım Qəyyumlar Şurasının üzvlüyünə (qəyyumluq) namizədlərin seçilməsi üzrə Parlamentin Müsabiqə Komissiyasının tərkibini təsdiq edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Komissiyanın 9 üzvündən 4-ü hökumətyönümlü “İmedi” televiziya şirkətinin əməkdaşlarıdır.
Parlamentin Müsabiqə Komissiyasının üzvləri aşağıdakılardır:
- Davit Mağlaperidze – “İmedi” radiosunun proqram direktoru;
- Mako Gaoşvili – “Alterbridge” Beynəlxalq Tədris İdarəetmə və Kommunikasiya Universitetinin rektor müavini, dosent;
- Qoderdzi Şaraşia – jurnalist, “İmedi” teleşirkətinin “İmedis Dila” səhər proqramının aparıcısı;
- Nino Meunarqia – jurnalist, aparıcı və “İmedi” radiosunun “Biz buradayıq” proqramının müəllifi. Məhdud imkanlı uşaqların hüquqlarının müdafiəçisi;
- Otar Tatişvili – kinoaktyor, radio və teleaparıcı, “İmedi” teleşirkətinin “İmedis Dila” səhər proqramının aparıcısı, həkim, professor;
- Nino Kakulia – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin “Tbilisi” jurnalının redaktoru, jurnalist;
- Qedevan Ginçaradze – “Rustavi” ansamblının solisti, folklorçu;
- Mariam Qvidiani – “Qadınların səsi – Demokratiya və Təhlükəsizlik” qeyri-kommersiya şəxsin icraçı direktoru;
- Qivi Abesadze – “Didqori” xalq ansamblının solisti.
İctimai Yayımçının 11 nəfərdən ibarət Qəyyumlar Şurasında 3 yer vakantdır. 9 nəfərdən ibarət müsabiqə komissiyası qəyyumluğa namizədləri seçməlidir.
“Komissiyanın tərkibi məsləhətləşmələr nəticəsində seçilib. Onlar arasında müxalifətin də öz namizədlərini təqdim etmək təklifi var idi, lakin təəssüflər olsun ki, onlar tərəfindən heç kim irəli sürülmədi. Həmçinin Xalq Müdafiəçisinin də təklifi olub, hansı ki, komissiya üzvlüyünə namizəd irəli sürüb”, - bu barədə parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən plenar iclasda bildirib.
“Vahid Milli Hərəkat”ın üzvü Levan Bejuaşvili bu məsələyə aydınlıq gətirib və komissiyaya jurnalist Eka Tsamalaşvilinin də qoşulmasını istəyib: “Namizədliyi nəzərdən keçirərdik, sadəcə, ola bilsin ki, vaxtımız bitib və vaxtında təqdim edə bilməmişik. Düşünürəm ki, bizim fraksiyadan bir namizəd də təmsil olunsa, heç nəyə ziyan dəyməz”.
Müxalifətçi deputatın tələbi təmin edilməyib. Şalva Papuaşvili qeyd edib ki, namizədi təqdim etmək üçün kifayət qədər vaxt var idi: “Biz artıq bu komissiyada olanlarla əlaqə saxlamışıq, onların razılığı var və hesab edirəm ki, kiminsə təklif olunan siyahıdan çıxarılması düzgün olmazdı”.
Növbəti mərhələdə Parlamentin Müsabiqə Komissiyası qəyyumluğa namizədlərin qiymətləndirilməsi meyarlarını və onlar tərəfindən hazırlanmış İctimai Yayımçının inkişaf konsepsiyalarını müəyyən edən müddəa hazırlayacaq.