Parlament “Vətəndaşlar” partiyasının liderlərindən biri və parlamentin vitse-spikeri olan Levan İoselianini 6 il müddətinə Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsinə seçib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İoseliani bugünkü plenar iclasda iştirak edən 99 deputatdan 96-nın dəstəyini qazanıb. Heç kim bunun əleyhinə səs verməyib. Xalq müdafiəçisinin seçilməsi üçün parlamentin 90 deputatının dəstəyi tələb olunurdu.
Levan İoseliani Xalq Müdafiəçisi vəzifəsinə yeganə namizəd idi. O, parlamentə müraciətində qeyd edib ki, ölkə üçün çox çətin bir məqamda məsuliyyəti öz üzərinə götürüb və bunun fərqindədir.
“Mənə etimad göstərən hər kəsə təşəkkür etmək istəyirəm, amma düzünü desəm, tribunaya yalnız üç, çox cəsur qadına - Tamar Kordzaia, Xatuna Samnidze və Teona Akubardiaya təşəkkür etmək üçün çıxdım, çünki bir həftə ərzində mənə səs verməmələri üçün görünməmiş təzyiqlərə tab gətirdilər. Bu, onlara edilən bulinq idi, lakin onlar öz sözlərinə və prinsiplərinə sadiq qaldılar. Mən bir daha əmin oldum ki, bu ölkədə qadınlara ümidimiz olmalıdır; Gözlərimin içinə baxa bilmədiyi üçün burada oturmayan bir çox kişidən daha cəsarətli olan qadınlara. Mən çox şərəfli adı olan “Xalq Müdafiəçisi” vəzifəsini doğrultmaq, bütün vətəndaşların Xalq Müdafiəçisi olmaq üçün hər şeyi edəcəyəm”, - deyə Levan İoseliani bildirib.
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib ki, parlament çoxluğunun onu dəstəkləmək qərarına gəlməsinin əsas səbəblərindən biri Levan İoselianinin şəxsi keyfiyyətləridir.
“Levan İoseliani 90 səsin toplana biləcəyi yeganə kompromis variant idi. Yeganə kompromis variantı idi və bu, şəxsi keyfiyyətlərdən başqa belə bir qərar verməyimizin əsas səbəblərindən biri idi. Mən dərindən inanıram ki, Levan İoseliani müstəqil Xalq Müdafiəçisi və məhz, Xalq Müdafiəçisi olacaq. Bu da xalqın xidmətində olmaq deməkdir”, - Kobaxidze bildirib.
“Lelo”nun üzvü Salome Samadaşvili Xalq Müdafiəçisinin seçilməsi prosesini tənqid edib. Onun sözlərinə görə, Avropa Komissiyasının 12 bəndlik tələblərindən biri Xalq Müdafiəçisi institutunun müstəqilliyinin qorunması, o cümlədən, təyinat prosesinin inkluziv olması, qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb edilməsi və Xalq Müdafiəçisinin yüksək ictimai etimada sahib olmasıdır”.
“Bir şəxsin Xalq Müdafiəçisi vəzifəsinə rəqibsiz təsdiq edilməsi, xüsusən də bir vaxtlar siyasi məzmunlu yazı yazdığına görə bir çox ixtisaslı namizədləri rədd etdiyimiz zaman və bu gün siz bu vəzifəyə siyasi partiyadan olan namizədi təsdiqlədiyiniz halda, Avropa İttifaqının tələbləri yerinə yetirilməyəcək. Aydındır ki, bu namizədə bizim dəstəyimiz olmayacaq”, - deyə Samadaşvili bildirib.
Levan İoselianini dəstəkləyən deputatlar - Xatuna Samnidze, Tamar Kordzaia və Teona Akubardia da öz motivasiyalarını açıqlayıblar. Onlar bu prosesdə kompromislərin vacibliyini vurğulayıblar.
“Bəli, mən icraçı yox, seçilmiş Xalq Müdafiəçisinə üstünlük verirəm. Əgər kompromis əldə edə bilmiriksə, belə də olsun. Gürcüstanda bu proseslərin cərəyan etdiyi ən kritik məqamda Avropanın tövsiyəsini bir kənara qoysaq, insan hüquqlarının müdafiəsi daha da vacib və zəruri məsələyə çevrilir. Namizəd statusuna qarşı çıxmaq istəyinizdən asılı olmayaraq, mən sizə bu imkanı verməyəcəyəm və etdiyim seçimə görə məsuliyyəti öz üzərimə götürürəm”, - müstəqil deputat Teona Akubardia bildirib.
22 dekabr 2022-ci ildə Parlament 19 namizəddən heç birini Xalq Müdafiəçisi seçə bilmədi.
Levan İoseliani 31 oktyabr 2020-ci il parlament seçkiləri nəticəsində parlamentin üzvü olub. 2018-2020-ci illərdə AAP “Gürcüstan Vətəndaş Hərəkatı”nın icraçı direktoru olub, 2008-2016-cı illərdə isə özünün hüquqi şirkəti olub. Levan İoseliani İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini hüquq ixtisası üzrə bitirib və Çikaqo Hüquq Vasitəçiliyi Proqramının mediatorudur.