Parlament qarşısında keçirilən dinc aksiyada polis on nəfəri saxlayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisidə parlament binası qarşısında keçirilən dinc aksiyada polis qeyri-hökumət təşkilatı “Gürcüstanın Demokratik Təşəbbüsü”nün sədri, Eduard Marikaşvili ,“Açıq Cəmiyyət Fondu”nun əməkdaşı, Xalq Müdafiəçisinin keçmiş nümayəndəsi Saba Braçveli və eks-prezident Mixail Saakaşvilinin vəkillərindən biri Şota Tutberidze də daxil olmaqla, on nəfərə yaxın şəxsi saxlayıb. Saxlanılanların bəzilərinin əllərində “İrağli” yazısı olan plakatlar, bəzilərinin əllərində isə boş vərəqlər olub.

Saxlanılanların yeri hələ də müəyyənləşdirilir. Vəkillərin sözlərinə görə, onlardan bəziləri Duşeti təcridxanasına köçürülüb, digərləri isə Telavi və Qurcaanidədir. Daxili İşlər Nazirliyi saxlanılmalarla bağlı açıqlama verməyib.

Şota Tutberidze iyunun 2-də, axşam saatlarında ilk saxlanılanlardan biri olub. Videogörüntülərdə onun pilləkəndə oturduğu və ayağının altında “İrağli” yazılmış plakat olduğu görünür ki, bu an on nəfərə yaxın polis ona yaxınlaşır. Onlar əvvəlcə plakatı plakatı onun əlindən almaya çalışıblar, sonra isə oturduğu yerdən götürüb aparıblar. Tutberidze sonradan onun qəbz əsasında azadlığa buraxılıb.

Şota Tutberidzenin sözlərinə görə, polisin tərtib etdiyi inzibati xəta haqqında protokolda onun polisə müqavimət göstərdiyi və onu şifahi təhqir etdiyi yazılıb. Vəkilin sözlərinə görə, bu tamailə yalandır.

“Avlabariyə çatanda kimsə polisə zəng etdi, o an onu tər basdı və mənə dedi ki, sən saxlanılmırsan. qandallarımı çıxardılar, məni harasa aparacaqlarını vəd etdilər. Mən, saxlanılmanın hansı qanun əsasında baş verdiyinə aydınlıq gətirmələrini istədikdə, onlar da bunun konstitusiyaya əsaslandığını dedilər. Bundan sonra itaətkar olmadığımdan və Avlabaridə harasa köçürüldüyüm üçün Azadlıq meydanına qayıtdıq və 5-10 dəqiqə dayandıq. Kimlərsə gəldi, zəng etdi və ondan sonra dedilər ki, indi həqiqətən saxlanılmısan. Yenə qandallandım. Məni Daxili İşlər Nazirliyinin əsas binasına gətirdilər, protokol tərtib etməyə başladılar, əşyalarımı əlimdən aldılar, Xalq Müdafiəçisinin nümayəndəsi gəlmiş olmasına baxmayaraq, son dəqiqəyə qədər zəng etməyə imkan vermədilər”, – Tutberidze azadlığa çıxandan sonra deyib.

Tutberidzedən başqa daha iki fəal saxlanılıb. Məhz bundan sonra insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament qarşısına gəliblər.

“30-a yaxın şəxs toplaşmışdıq. Kimimizin əlində boş kağızlar, kimimizin əlində hərflər olan kağızlar var idi. Əlimdə İvanişvilinin məşhur nitqinin mətni olan bir plakat tutmuşdum. Orada yazılmışdı: “İstədiyiniz kimi adlandırın” və onun altında “Virakli” yazılmışdı. Bunun ardınca polisin mübarizəsi başladı, bir neçə nəfəri saxladılar. Rusiyada bir şey varsa, o da boş vərəqə görə və ya kağıza bir neçə hərf yazdıqlarına görə insanları saxlayırlar və başa salırlar ki, ictimai toplaşma yerində bunu etmək olmaz”, vəkil Qiorqi Mshvenieradze deyir.

“Bu, misli görünməmiş insan hüquqları pozuntusudur. Ən azından bu ölkədə söz azadlığımız var idi, amma indi, artıq bu da yoxdur. Polis yanımıza gəldikdə baş naziri təhqir etmək qadağandır deyir.

Harada yazılıb ki, baş nazirə bu cür müraciət etmək qadağandır? Bu, bizim konstitusiyamızda, qanunlarımızda, Strasburq məhkəməsinin qərarlarında yazılmayıb. Polis niyə belə bir qanunun olduğunu düşünür?! Onlar həbs direktivini alır və onu kor-koranə icra edirlər”, - hüquq müdafiəçisi Baia Pataraia bildirib.

“İnadkarlar” hərəkatının təşkilatçılığı ilə Parlament binası qarşısında hər axşam kiçik miqyaslı dinc aksiyalar keçirilir. Son günlər vətəndaşlar Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda səsləndirdiyi bəyanata etiraz ediblər. İyunun 1-də polislər mitinq iştirakçılarının, üzərində İrakli Ğaribaşvilinin şəkillərinin çap olunduğu və “Bir sözlə təsvir et” sözləri yazılmış plakatları əllərindən alıb, cırıblar. Bununla bağlı Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bildirib ki, dinc nümayiş iştirakçılarından etiraz plakatlarının müsadirə edilməsi hüquq-mühafizə orqanları əməkdaşlarının ifadə hüququnun tam həyata keçirilməsinə, o cümlədən müxtəlif ifadə vasitələrinin istifadə edilməsinə kömək etmək öhdəliyi ilə uzlaşmır.

Elə həmin gün axşam saatlarında mart ayında “Agentlər haqqında” rus qanuna qarşı keçirilən etiraz aksiyalarının həbs edilmiş iştirakçısı, 21 yaşlı Lazare Qriqoriadisin atası Beka Qriqoriadisi də həbs olunub. O parlament binası arxasında oğlunun azad edilməsini tələb ilə “bir nəfərlik aksiya” keçirirmiş. Polis ona çadırını qurmasına icazə verməyib və itaətsizlik ittihamı ilə inzibati qaydada həbs edib. Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze Qriqoriadisini qanunu pozan şəxs kimi tanıyıb və onu 2000 lari məbləğində cərimələyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur