"Jurnalistlərin Müdafiəsi Komitəsi" (CPJ) “Gürcü Arzusu”nun təkrardan parlamentə təqdim etdiyi və ötən il kütləvi etirazlar nəticəsində hakim partiyanın ləğv etdiyi “xarici agentlər” haqqında qanundan narahatdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan hakimiyyətinin medi vasitələrini xarici nəzarətə tabe olaraq tanıyan qanun layihəsinin bərpası dərin narahatlıq doğurur və Avropa demokratik standartlarına uyğunluq barədə səsləndirilən bəyanatlarla tamamilə uyğun gəlmir və oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi mətbuat azadlığına təhlükə.
“Hakim “Gürcü Arzusu” partiyası Gürcüstanın Avropa Birliyinə üzv olmaq cəhdində uğur qazanmaq istəyirsə, qanunu geri götürməli və “xarici agentlər” haqqında qanunu rədd etməlidir”, - “CPJ”nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Qulnoza Said deyir.
“CPJ”nin məlumatına görə, “xarici təsirin şəffaflığı” qanun layihəsi maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-kommersiya təşkilatları və media orqanlarından ətraflı illik maliyyə hesabatlarını qeydiyyatdan keçirib təqdim etməyi tələb edir, əks halda 25.000 lari cərimə gözləyir.
“Partiyanın bəyanatında deyilir ki, qanun layihəsi 2023-cü ilin martında geniş etirazlardan sonra parlament tərəfindən ləğv edilmiş eyniadlı qanun layihəsi ilə demək olar ki, eynidir. Yeganə dəyişiklik ondan ibarətdir ki, “xarici təsir agenti” ifadəsi “xarici gücün maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.
Parlament çoxluğuna nəzarət edən “Gürcü Arzusu” öz bəyanatında sözügedən qanunu parlamentin cari sesiyanınsonuna kimi, iyun ayında qəbul edəcək. Prezident qanuna veto qoyacağını bildirib, lakin hakim partiyanın səs çoxluğu vetonu ləğv edəcək qədər çoxdur.
“CPJ”nin əvvəllər tənqid etdiyi təklif olunan qanun Rusiyanın xarici agent qanununa bənzəyir. Yeganə fərq ondadır ki, bu dəfə media qurumları nəşrlərini “xarici agent tərəfindən hazırlanmış” kimi qeyd etməli olmayacaq.
Çərşənbə axşamı Qırğızıstan bəzi qeyri-kommersiya media təşkilatlarının “xarici agent” kimi qeydiyyatdan keçməsini və nəşrlərini xarici agent tərəfindən hazırlanmış və ya yayılmış kimi qeyd etməyi tələb edən rus tipli xarici agentlər haqqında qanunu ratifikasiya edib”, - “Jurnalistlərin Müdafiəsi Komitəsi”nin bəyanatında deyilir.
"Gürcü Arzusu" 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” rus qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək.