Martın 7-də parlament binası qarşısında rus qanunlarına qarşı keçirilən etiraz aksiyasında polis 66 nəfəri xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə inzibati qaydada həbs edib. Vəkillərin sözlərinə görə, saxlanılan şəxslər döyülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Saxlanılma zamanı müxtəlif telekanallar tərəfindən çəkilən videolarda protokolda göstərilən faktların başdan-başa yalan olduğu aydın görünür. Saxlanılan zaman hər iki şəxs çox ağır şəkildə döyülüb, xüsusən də başlarına dəyənəklərlə vurulub”, - “Girçi-Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin vəkili Vaxo Barabaşvili deyir.
O, həbsdə olan Nika Mosiaşvilinin də maraqlarını qoruyur.
Daxili İşlər Nazirliyi dinc nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib və bir neçə saat fasiləsiz olaraq gözyaşardıcı qaz buraxıb. Çoxlu insan yaralanıb. Gözyaşardıcı qazın buraxılması səbəbindən nümayiş dəfələrlə dağılıb və nəhayət, Rustaveli prospektində Parlamentin ətrafındakı bütün ərazi xüsusi təyinatlılar tərəfindən tutulub. Polis dinc nümayişçiləri küçələrdə təqib edərək həbs edib və həbs zamanı zorakılıq tətbiq edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mitinqdə baş vermiş zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci maddələri ilə polisə, hökumətin digər nümayəndəsinə və ya ictimai müəssisələrə hücum, obyektin zədələnməsi və ya məhv edilməsi ilə bağlı istintaq başlayıb.
Nazirlik bəyan edir ki, toplaşanların zorakı hərəkətləri nəticəsində onların 50-yə yaxın əməkdaşı xəsarət alıb, onlardan bir neçəsinin cərrahi müdaxiləyə ehtiyacı olub.
“Dünən gün ərzində ictimai asayişin qorunması və aksiyanın dinc keçirilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələri qanunverici orqanın ərazisinə səfərbər edilib. Tezliklə, toplaşanların etirazı ifadə və dinc toplaşmaq azadlığı qanununun müəyyən etdiyi çərçivədən çıxıb və zorakılığa çevrilib.
Parlament binası yaxınlığında toplaşanlar parlamentin girişlərini bağlamağa çalışıb. Polis onlara icazə verməyib. Daxili İşlər Nazirliyi tərəfindən qanun çərçivəsində asayişin qorunması, dinc etiraz aksiyasının keçirilməsi ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, aksiya iştirakçıları zorakı hərəkətlərini davam etdirib, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.
Polis gərginliyi azaltmaq və vəziyyətin deskalasiyası üçün yolu açıb və aksiya iştirakçılarını dağılışmağa çağırıb. Buna baxmayaraq, aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarına müxtəlif əşyalar - daşlar, yanar alətlər, küt əşyalar atıb, polislərə fiziki təzyiq və müqavimət göstəriblər. Aksiya iştirakçıları nazirliyə məxsus avtomobillərə ziyan vurub və yandırıb. Onlar həmçinin xüsusi təyinatlı polis texnikasına da ziyan vurublar.
İctimai asayişin bərpası və qanun pozuntularının qarşısının alınması məqsədilə polis müvafiq xəbərdarlıqdan sonra zərurətə uyğun olaraq mütənasib güc və Gürcüstanın “Polis haqqında” Qanununda nəzərdə tutulmuş xüsusi məcburetmə vasitələrindən ardıcıl olaraq istifadə etməyə məcbur olub.
Tezliklə, aksiya iştirakçıları parlament binasına, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının istiqamətinə, eyni adlı“Molotov kokteyli” və pirotexniki vasitələr atmaqla mütəşəkkil hücuma başlayıblar.
Aksiya iştirakçıları qanunverici orqanın binasına od vurub, daş atıb, şüşələri sındırıb, dəmir qoruyucu bəndləri zədələyiblər. Aksiya iştirakçılarının bir hissəsi tərəfindən bir neçə saat fasiləsiz davam edən kütləvi qayda pozuntusu baş verib”, - Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Martın 7-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” rus qanun layihəsini 13 əleyhinə 76 lehinə səslə birinci dinləmədə qəbul edib. Qanun müstəqil media qurumlarını və vətəndaş cəmiyyəti təşkilatlarını “xarici agent” elan edir və onları məhdudlaşdırmaq və ya bağlamaq üçün bir çox rıçaqlar təqdim edir.