Parlament 22 dekabrda keçirilən növbədənkənar plenar iclasında Gürcüstanın yeni xalq müdafiəçisini seçə bilməyib. Sessiyada 19 namizəd səs verilmədə iştirak etsə də, “Gürcü arzusu” ilə müxalifət arasında razılıq əldə olunmadığından onların hamısı uğursuzluqla nəticələnib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xalq müdafiəçinin seçilməsi üçün 90 deputatın dəstəyi lazımdır. “Gürcü arzusu”nun üzvləri səsvermədə, “Vahid Milli Hərəkat”ın nümayəndələri isə sessiyada iştirak etməyiblər. Qalan müxalifət deputatlarından ən çox səsi Giorgi Burcanadze (16 səs) alıb, Ana Abaşidze isə 12 səs toplayıb.
“Lelo” partiyasının üzvü Salome Samadaşvilinin sözlərinə görə, “Gürcü arzusu” Avropa İttifaqının 12 tövsiyəsindən birinin həyata keçirilməsini “tam məqsədyönlü və düşünülmüş şəkildə” iflasa uğratdı.
“Avropa İttifaqının tələbi çox aydın ifadə edilmişdi – ölkənin xalq müdafiəçisi olaraq təkcə peşəkar keyfiyyətlərə görə deyil, həm də partiyalar, qeyri-hökumət təşkilatları tərəfindən geniş dəstək alan şəxs seçilməlidir. “Gürcü arzusu” bu meyarlara tam cavab verən namizədlərin təqdim olunduğu zaman prosesi məqsədyönlü şəkildə əngəlləmək qərarına gəlib və bunula da bu gün Avropa İttifaqının tələblərindən birinin rədd edilməsini formalaşdırır”, - deyə Səmadaşvili səsvermədən əvvəl bildirib.
Parlament müxalifətinin bir hissəsi qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən üç namizədi dəstəkləyib: “İnsan Haqları Naminə Tərəfdaşlıq” təşkilatının rəhbəri Ana Abaşidze, Ali Ədliyyə Şurasının keçmiş qeyri-hakim üzvü, “Gürcüstan Məhkəməsinin keşikçisi” təşkilatının təsisçisi Nazi Janezaşvili və xalq müdafiəçisinin müavini vəzifəsini icra edən Giorgi Burcanadze.
Hər üç namizəd “Gürcü arzusu” üçün qəbuledilməz oldu, baxmayaraq ki, parlament sədrinin yaratdığı qiymətləndirmə qrupu dürüstlük, qərəzsizlik, müstəqillik, yüksək reputasiya, insan hüquqları sahəsində müvafiq peşə bilikləri və praktiki təcrübə meyarlarına əsasən 19 namizəd arasından ən yüksək balı onlara vermişdi.
“Gürcü arzusu” xalq müdafiəçiliyinə öz namizədini irəli sürməyib, lakin Abaşidze, Janezaşvili və Burcanadzenin daxil olmadığı beş namizəddən birinə dəstək vermək üçün məsləhətləşmələr zamanı müxalifətə ultimatum təqdim edib. “Gürcü arzusu”nun təklif etdiyi 5 namizəd bunlar idi: Lela Qaprindaşvili, Tinatin Erkvaniya, Nuqzar Koxreidze, Giorgi Mariamidze, Ketevan Çaçava.
“Yenə də Avropa tövsiyələrində bu iki soyaddan bəhs edilir: Abaşidze və Burcanadze. Bunu istəyirsiniz... və üstəlik Janezaşvili”. - plenar iclasda “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.
Parlament çoxluğunun üzvləri hesab edirlər ki, Ana Abaşidze, Nazi Janezaşvili və Giorgi Burcanadze siyasi qərəzlidir. Partiyanın sədri İrakli Kobaxidze deyir ki, onlar bir milyondan çox Gürcüstan vətəndaşı üçün “üzvi olaraq qəbuledilməzdir”.
“Bizim arxamızda milyonlarla seçici dayanır. Bu milyonlarla seçici və hətta daha çoxu üçün bu insanlar, tipajlar, Abaşidze, Burcanadze, Janezaşvili üzvi olaraq qəbuledilməzdir. Biz ilk növbədə seçicilərimizə hörmət etməliyik. Biz başqa şeylərlə yanaşı, milyonlarla seçicimiz üçün məqbul olacaq xalq müdafiəçisi seçməliyik”. - Kobaxidze jurnalistlərə bildirib.
Xalq müdafiəçisinin seçilməsi prosesi 2023-cü ildə yenidən başlayacaq.
Nino Lomjariyanın Xalq Müdafiəçisi kimi səlahiyyət müddəti dekabrın 8-də başa çatıb. Yeni xalq müdafiəçisinin seçilməsi prosesinin şəffaf keçirilməsi və müstəqil namizədin seçilməsi Avropa Komissiyasının iyun ayında Gürcüstan üçün müəyyən etdiyi 12 prioritetdən biridir ki, onların yerinə yetirilməsi ölkəyə Avropa Birliyinə namizəd hüquqi statusun verilməsi üçün zəruridir.