Parlament 79 səslə Ketevan Turazaşvilinin parlament üzvü kimi səlahiyyətinin tanınmasını dəstəkləyib. O, xalq müdafiəçisi seçilən Levan İoselianinin əvəzləyicisidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ketevan Turazaşvili “Vətəndaşlar” partiyasının icraçı katibi vəzifəsini tutur və 2020-ci il parlament seçkiləri üçün partiya siyahısının üçüncü üzvü olub.
Ketevan Turazaşvili ixtisasca hüquqşünasdır. Gürcüstan Vəkillər Assosiyasının ümumi ixtisas üzrə üzvüdür. 2018-2020-ci illərdə Gürcüstan Vəkillər Assosiyasının tədris mərkəzinə rəhbərlik edib. 2005-2018-ci illərdə həm özəl, həm də dövlət sektorunda çalışıb və “İmedi” televiziyası, “Ənənəvi Kax təsərufatı” (KTW Group), tibb şirkəti “Yeni Baxış”, Gəlirlə Xidməti və s.-nin insan resurslarının idarə edilməsi departamentlərinə rəhbərlik edib.
Martın 7-də parlament Levan İoselianini 6 il müddətinə Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsinə seçib. İoseliani qanunverici orqanda vitse-spiker vəzifəsini də icra edirdi.