Gürcüstan parlamentinin saat 12:00-a planlaşdırılan plenar iclasına kvorum olmadığı üçün başlanıla bilməyib. İclasın açılması üçün 76 deputatın qeydiyyatı tələb olunur. Birinci dəfə cəmi 71, ikinci dəfə isə 73 nəfər qeydiyyatdan keçib. İclas saat 15:00-a qədər təxirə salınıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Plenar iclasların zalında müxalifətdən yalnız “Qirçi” və “Avropalı Sosialistlər”in üzvləri, həmçinin Teona Akubardia və Tariel Nakaidze iştirak edirdi. Qalan müxalifətçilər isə boykot elan ediblər.
Teona Akubardia “Gürcü Arzusu” üzvlərinin iclasda iştirak etməməsini ABŞ Dövlət Departamentinin ötən həftə tətbiq etdiyi viza sanksiyaları ilə əlaqələndirir.
“ABŞ-ın sanksiyalarından sonra keçirilən ilk sesiyada “Gürcü Arzusu” iki uğursuz cəhdə baxmayaraq kvorum toplaya bilməyib və parlamentin iclası baş tutmayıb. Şalva Papuaşvili müxalifətin boykot rejimindən narazı olsa da, deyəsən, o gördü ki, onun öz komandasının üzvləri də boykot rejimindədirlər.
Digər deputatların pultlarından istifadə edilib ki, bu da kvorum vərəqində özünü göstərir. “Gürcü Arzusu” özü reqlamenti pozur, çünki, guya parlamentin iclasında iştirak edən, siyahıda olan “Gürcü Arzusu”nun deputatları fiziki olaraq zalda olmayıblar”, - Akubardia bildirib.
“Ümumiyyətlə, biz bu gün həqiqətən də siyasi çıxışlardan yararlanmaq istəyirdik, lakin onu da bilirik ki, “Gürcü Arzusu”nun qəbul etməyi çox istədiyi 18 LGBT qanunu irəli sürülüb. Həm də istəyir ki, təkcə özü qəbul etsin. Heç kim belə müqəddəs işə qarışmamalıdır. O ümidlə gəlmişdilər ki, kvorum bizim iştirakımızla formalaşcaq, LGBT qanununu qəbul etmək üçün “koçlar”a kömək edəcəyik. Bizdə belə bir maraq yox idi. Ona görə də “Gürcü Arzusu”nu tək bu əsərinə görə təbrik edək. Onlar lazımi deputatları özləri toplamalı, kifayət qədər sayda qeydiyyatdan keçməli və özlərini təmin etməlidirlər”, - “Qirçi”nin lideri İaqo Xviçia bildirib.
Büronun bugünkü iclasında parlamentin sədri Şalva Papuaşvili növbəti çağırış parlamentin reqlamentində boykot məsələsinin “daha aydın” yazılması təşəbbüsü ilə çıxış edib. “Boykot o demək deyil ki, kimsə işə getməyə ərinsin və ona görə də gəlməsin, və ya kimisə, filankəs xoşuna gəlmir, ya əhvalı pisdir, ya da hansısa siyasi səbəbləri var. Boykot müzakirə olunan məsələyə görə sessiyada iştirak etməməyi nəzərdə tutur. Bu, mahiyyət etibarı ilə bu məsələnin müzakirəsi zamanı plenar iclasın hansısa hissəsində iştirak etməmək olmalıdır”, - Papuaşvili bildirib.
Parlament müxalifətinin bir hissəsi, o cümlədən “Vahid Milli Hərəkat”, “Strategiya Ağmaşenebeli” və “Lelo” “xarici agentlər” haqqında rus qanunun qəbulu ilə əlaqədar boykot elan edib.