“Vətəndaşlar” partiyasının üzvü, deputat Ketevan Turazaşvili parlamentin plenar iclasında “LGBT təbliğatını” qadağan edən qanun layihəsinin hazırlanmasını nəzərdə tutan “Gürcü Arzusu”nun təşəbbüsünə cavab verib. Deputatın sözünə görə, ölkədə real problemlər bu cür heç nə vəd etməyən təşəbbüslərlə ört-basdır edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Turazaşvili ciddi problemlər sırasında qadın qətllərini, gənclərin narkoasılılığını və pedofiliyanı qeyd edib.
“2022-ci ildə 21 qadın öldürülüb. 2023-cü ilin birinci yarısının göstəricilərinə görə, 13 qadın öldürülüb. 2024-cü il yanvarın 10-da ər arvadını yatmış vəziyyətdə öldürüb, bir neçə gün əvvəl fevralın 28-də isə 21 yaşlı qız işgəncələrlə vəhşicəsinə öldürülüb. Bəzi hallarda narkomaniya müşahidə olunur. Bəzi gənclərin mental və psixi sağlamlıq problemləri var. Onlar üçün hər cür narkotika əlçatandır və təəssüf ki, ölkədə bütün bunların qarşısını almaq üçün effektiv mexanizm yoxdur. Bina girişlərində, həyətlərdə, meydanlarda dəhşətli vəziyyət yaranıb. Bütün bunların içində sağlam həyat tərzi gənclərimiz üçün əlçatmazdır
Gürcüstanda çiçəklənən daha bir dəhşətli cinayət pedofiliyadır. Həftə keçmir ki, 5, 9, 10, 11 yaşlı uşaqların həlak olduğu dəhşətli məlumatlar yayılmasın. Burada da qadın qətlində olduğu kimi, biz qeyri-sağlam psixika ilə qarşılaşırıq və hökumət və aidiyyatı qurumlar bu çox çətin reallıqla mübarizə aparmaq, uşaqlara heç olmasa zorakı şəxsi tanımağı öyrətmək və vəziyyəti düzəltmək üçün digər konkret addımlar atmaq əvəzinə, Pseudoliberalizmə qarşı mübarizəni elan edirlər. Bu cür heç nə vəd etməyən təşəbbüslərlə bu ölkə vətəndaşlarının hər gün narahat olduğu real problemlər ört-basdır edilir.
Ona görə də “Gürcü arzusu” hökumətinin müddəti başa çatıb, cəmiyyətə yeni heç nə təklif edə bilmir və bu hakimiyyəti seçki yolu ilə dəyişmək lazımdır. Bütün bunlarla bağlı “Gürcü Arzusu”nun hansısa demaqoq deputatının mənə nə cavab verməsinin heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, bu cavablar bu sərt reallığı dəyişdirmir”, - Ketevan Turazaşvili bildirib.
Fevralın 29-da “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, partiyanın qərarına əsasən, “cəmiyyəti psevdoliberal ideologiyadan və onun qaçılmaz zərərli nəticələrindən qoruyacaq” qanunvericilik təşəbbüsü hazırlanacaq.
Mdinaradze deyir ki, “LGBT təbliğatı gələcək nəsillər üçün dağıdıcıdır”.
“LGBT təbliğatını” qadağan edən qanun Rusiyada qüvvədədir.