Pensiya kreditləri ilə bağlı “Liberty Bank”ı məhkəməyə veriblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Vətəndaşlar” partiyası bu gün Tbilisi Şəhər Məhkəməsində “Liberty Bank”a qarşı iddia qaldırıb. İddiaçılar 70 yaşına çatmamış pensiyaçılardır və mübahisənin predmeti “overdraft” müqavilələridir.

“Vətəndaşlar” partiyasıın üzvü, hüquqşünas Qiorqi Rexviaşvili izah edir ki, iddia ilə onlar “overdraft” müqavilələrinin etibarsız hesab edilməsini və öhdəliyin yerinə yetirilmiş hesab edilməsini tələb edirlər.

“Pensiyaçılar 2019-cu ildə götürdükləri məbləğdən artıq üç dəfə daha çox vəsait ödəyiblər, baxmayaraq ki, bu beş il ərzində əsas borcdan bir lari də əksilməyib. Müqavilələrin etibarsız sayılmasını və ödənilmiş məbləğlə öhdəliyin yerinə yetirilmiş hesab edilməsini tələb edirik. Məhkəmə bizim vəsatətimizi təmin edərsə, qərar presedent dəyərinə malik olacaq və digər pensiyaçılara da təsir edəcək.

Başqa bir hal da var: məhkəmədə iddia qaldırmazdan əvvəl “Liberty Bank”a müraciət edərək həm kreditin ləğvini, həm də müqavilələrin bizə təhvil verilməsini tələb etdik. Bizim tələbimizi yerinə yetirmədilər, müqavilələri vermədilər. Bizə dedilər ki, arxivdə axtarırlar, bu da öz növbəsində anlaşılmazdır, çünki söhbət cari kreditlərdən gedir. Bu o deməkdir ki, onlar pensiyaçıları soymaqda və müqavilə tələb olunmayan kreditlər üçün onların pensiyalarından məbləğ tutmağa davam edirlər”, - Qiorqi Rexviaşvili “Gürcüstan Xəbərləri”nə bildirib.

“Pensiyaçılar “overdraft”ı ömürlük borc adlandırırlar, çünki onlar onu geri qaytara bilməyəcəklərinə düşünürlər. “Overdraft” ən bahalı bank məhsuludur. Bank işçiləri pensiyaçılara onun hansı təhlükələri ehtiva etdiyini izah etməyiblər; Onlara izah etməyiblər ki, ödədikləri pul yalnız bankın xidmət komissiyasına düşəcək və kredit məbləğindən heç nə tutulmayacaq”, - “Vətəndaşlar” Partiyasının üzvü, deputat Ketevan Turazaşvili qeyd edir ki, onun partiyası ilə hər gün yüzlərlə pensiyaçı əlaqəyə çıxır.

“Sakstat”ın məlumatına görə, 2023-cü ildə Gürcüstanda pensiya alanların (yaşa görə pensiyaçı) sayı 838,1 min nəfər təşkil edib.

354 min pensiyaçı və sosial müavinət alan şəxs pensiya krediti götürüb. “Liberty Bank”ın Milli Banka təqdim etdiyi hesabata görə, ötən ilin üçüncü rübündə verilən pensiya kreditlərinin orta nominal faiz dərəcəsi 29,4% təşkil edib. Pensiya kreditlərinin ümumi portfeli 401 milyon lariyə çatıb.

 

Bu mövzu haqqında:

Ombudsman “Liberty Bank”dan pensiyaçıların köhnə kredit ödəmə şərtlərinin qaytarılmasını tələb edir 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur