Gürcüstan Milli Bankının (SMB) qərarına əsasən, pensiyaçıların fərdi razılığı olmadan pensiya təminatı ilə kreditlərin reklamı qadağandır. Qeyd olunan dəyişiklik gəliri yalnız pensiya və/və ya digər dövlət sosial müavinətləri ilə müəyyən edilən pensiyaçılara şamil ediləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
SMB-nin yeni qərarına əsasən, kommersiya bankları, məzmunu ilə müştəriyə pensiya və ya digər sosial təminat növü əsasında kredit təklif edən pensiya təminatı ilə kreditləri reklam edə bilməyəcək.
“Dəyişikliyin məqsədi “həssas qruplar”ı məlumatsız qərar qəbul etməkdən və həddindən artıq yüklənmədən qorumaqdır. Bu, istifadəçi üçün daha uyğunlaşdırılmış mühitin yaradılmasına və onların hüquqlarının müdafiəsinin yüksək standartının tətbiqinə kömək edəcək”, - Milli Bankdan bildirilib.
2022-ci ildə dövlətin elan etdiyi tenderdə növbəti dəfə qalib gələrək növbəti 7 il müddətinə pensiya vermək hüququ əldə edən “Liberty Bank” pensiyaçılara pensiya kreditləri təklif edir.
Milli Banka təqdim olunan hesabata görə, “Liberty Bank”dan təqribən 360 min pensiyaçı və sosial müavinət alan şəxs pensiya krediti götürüb. 2023-cü ilin ikinci rübündə pensiya kreditlərinin ümumi portfeli 402 milyon lari təşkil edib.
Ötən il Xalq Müdafiəçisi sosial kreditlərin faiz dərəcəsinin aşağı salınması ilə bağlı müvafiq qurumlara müraciət edib. Onun verdiyi məlumata görə, faiz dərəcəsinin müəyyən edilmiş məbləği (30,69%) nəticəsində banka qaytarılmalı olan məbləğ son nəticədə kredit kimi alınan ilkin məbləği təxminən 75% üstələyir. Sosial təminat alan hər bir şəxs orta hesabla “Liberty Bank”dan 1100 lari kredit alıb. 2023-cü ilin yanvarından belə kreditlər üzrə faiz dərəcəsinin yuxarı həddi 26% təşkil edir.