“Yığılan pensiyalar haqqında” qanuna dəyişikliklərin edilməsi planlaşdırılır ki, ona əsasən, yığılan pensiya sistemində olan şəxslər üçün risk əsaslı portfellərin seçilməsi müddəti 2028-ci il yanvarın 1-dək uzadılacaq. Bir milyon 400 min vətəndaş avtomatik olaraq aşağı riskli portfeldə qalacaq və istəsə portfelini dəyişəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın “Yığılan pensiya haqqında” qanunu 2018-ci il avqustun 6-da qüvvəyə minib və qanunun qəbulundan sonra ilk 5 il ərzində vətəndaşların pensiya yığılmaları yalnız daha az riskli investisiya portfellərinə yatırılıb. 5 illik müddət bu il avqustun 6-da başa çatıb.
Pensiya qurumu vətəndaşları sentyabrın 6-dək ədliyyə evlərinə və ya qurumun xidmət mərkəzlərinə gəlməyə, arzu edərsə portfelini dəyişməyə çağırıb. İstədiyi portfeli özləri seçməyən vətəndaşlar avtomatik olaraq yaşlarına uyğun olaraq müxtəlif portfellərə paylanacaqdılar.
- Sxemə qoşulan zaman yaşı 40-dan az olan iştirakçının pensiya aktivləri artan [yüksək riskli] investisiya portfelinə;
- Sxemə qoşulan zaman yaşı 40-dan 50-yə qədər olan iştirakçının pensiya aktivləri - qarışıq [orta riskli] investisiya portfelinə;
- 50 və ya daha yuxarı yaşda olan iştirakçının pensiya aktivləri - sabit [aşağı riskli] investisiya portfelinə yerləşdiriləcəkdi.
Parlamentin Maliyyə və Büdcə Komitəsinin sədri Paata Kvijinadzenin sözlərinə görə, cari ilin sentyabrın 6-dək olan müddətin 2028-ci ilədək uzadılmasını nəzərdə tutan qanun layihəsinə Səhiyyə Komitəsi sentyabrın 4-də, ikinci oxunuşda baxılmalıdır.
“Praktik olaraq bu səhmlər “Apple”, “Google” və ya digər müəssisələrə yatırılacaq, onlar itməyəcək. Biz elə bir qərar vermişik ki, düzgün ola bilər, lakin bu cür qəbul olunmaya bilər. İlk növbədə pensiyaçılardan soruşmalıyıq, yəni hər kəs zəmanətli aşağı risk qrupunda olmalıdır. Pensiya Agentliyi, Milli Bank, İqtisadiyyat Nazirliyi reklam şəklində və ya başqa üsullarla tədbirlər həyata keçirsələr, xalqa nə baş verdiyini izah etsələr, insanlar buna inanacaqlar, bəli. İndi belə bir şey yoxdur.
Əhali hazır deyildi və bu məsələ anlaşılmazlığa səbəb ola bilərdi. Ona görə də biz artıq birinci oxunuşda qəbul edilmiş yeni qanun layihəsinin müzakirəsinə başladıq. Sentyabrın 4-də, aparıcı Səhiyyə Komitəsində ikinci oxunuş keçiriləcək və yəqin ki, sentyabrın sonuna kimi qəbul olunacaq”, - Kvijinadze bildirib.