Polis “Qlovo” kuryerinin yaralanması faktı ilə bağlı indiyədək heç kimi saxlamayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyi iki gün əvvəl “Qlovo”nun kuryeri Temo Siquaya edilən hücumla bağlı indiyədək heç kəsi saxlamayıb. Hücum edən şəxs müəyyən edilib və axtarışa verilib.

“Birinci gün məni dindirdilər, sonra heç kimi görməmişəm. Görünür, [hücum edən] nüfuzlu bir şəxsin oğludur. Mən qeybət səviyyəsində bilirəm ki, o, guya axtarışdadır və istintaq gedir”, - deyə yaralı kuryerin anası Elena Çoqovadze jurnalistlərə bildirib.

32 yaşlı Temo Siqua iyulun 6-da Tbilisinin Nutsubidze küçəsində xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb. Mövcud məlumata görə, narazı müştəri sifarişi çatdırdıqdan sonra ondan geri qayıtmasını tələb edib və sifarişdə 1 şüşə pivənin əksik olduğu üçün onunla mübahisə edib.

“Bir şüşə çatışmır dedi, dedim ki, qablaşdırılmışdı elə, mənlik nə var, Qlovoya zəng edin, mənə nə verdilərsə sizə onu təhvil vermişəm. Sən, bala, sən kimə bozarırsan deyib anama söydü deyir. Dörd nəfər gəldi, amma mübahisə biri ilə idi. Sonra silahı çıxarıb qəfil məni vurdu. Onlardan biri ayağa qalxdı, məni motosikletə mindirdi və buradan getməyimi söylədi deyir”, - yaralının anası deyir.

Xeçinaşvili klinikasının həkiminin sözlərinə görə, kuryerin hər iki baldır və topuq nahiyəsində güllə yaraları olub. Əməliyyatdan sonra onun səhhəti stabildir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (120) maddəsi ilə araşdırma aparılır. Ailə gəncin pnevmatik silahla yaralanması barədə yayılan məlumatı mübahisələndirir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur